Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident Tramp: “Rusiya 1 milyona, Ukrayna 700 minə yaxın hərbçi itirib”

Tarix: 21-01-2025 15:01     Baxış: 338 A- / A+

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi barədə açıqlama verib.
Manevr.az-ın Novator.az-a istinadla məlumatına görə, yanvarın 20-də and içəndən az sonra jurnalistlərə danışan dövlət başçısı Rusiyanın başlatdığı müharibənin böyük fəlakətə gətirdiyini qeyd edib.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Ukraynaya təcavüzə görə dünya birliyi, xüsusilə Qərb ölkələri Rusiyaya ağır sanksiyalar tətbiq edib.
Donald Tramp 2017-2021-ci illərdə prezident postunu tutub, 2024-cü il noyabrın 5-də yenidən dövlət başçısı mandatı alıb.
İkinci prezidentlik müddətinə başladığı gün jurnalistlərə açıqlama verən Donald Tramp deyib ki, 2022-ci ilin fevralında başlayan total müharibə Rusiyanı dalana dirəyib. Həmkarı Vladimir Putini Rusiyanı böyük bəlaya atdığını deyən ABŞ prezidenti bu ifadələri işlədib: “Rusiya iqtisadiyyatının nə gündə olduğuna baxın, ölkədəki inflyasiyanın miqyasına baxın. Putin Ukraynaya qarşı müharibənin gedişindən razı qala bilməz. Çoxları düşünürdü bu savaş bir həftə çəkər, amma üç ildir davam edir. Bizim əlimizdə olan bilgilərə görə, savaşda 1 milyona yaxın Rusiya hərbçisi, 700 minə yaxın Ukrayna hərbçisi həlak olub. Rusiya böyük ölkədir, əhalisi, hərbçisi çoxdur, amma dövləti bu cür idarə etmək olmaz. Putin Rusiyanı məhvə aparır”.
Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarına tərəfdar olduğunu qeyd edən ABŞ prezidenti Rusiya liderinin də razılaşmaya qol qoymalı olduğunu vurğulayıb.
Donald Tramp prezident seçkisi kampaniyası boyunca Ukrayna müharibəsinin dayandırılmasına çağırışlar edib. O, qarşılıqlı kompromislərə əsaslanan sülh variantına tərəfdardır.
Ukrayna Rusiya qoşunlarının işğal etdiyi bütün ərazilərdən çıxmasını tələb edir, Rusiya isə özünə birləşdirdiyi ərazilərin müzakirə mövzusu olmadığını bildirir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar