Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan səmasında görünən uçan obyekt nədir? - Rəsədxanadan AÇIQLAMA

Tarix: 21-01-2025 21:42     Baxış: 335 A- / A+

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.
Manevr.az xəbər verir ki, bu barədə gün ərzində BAKU.WS-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.
Bəs səmada müşahidə edilən naməlum obyekt nədir?
Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ilə əlaqə saxladıq. Professor bildirib ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.
"İlk öncə qeyd edim ki, bu astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.
Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:
"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar