Saatlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qəhrəmanov Rəvan Bəybala oğluna məxsus çörək emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, emal prosesində suyun filtrasiya edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar