Xəbər lenti
Rusiyadan yeni Zəngəzur həmləsi: “Razılaşsaq, itirəcəyik”
Rusiya Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 10 noyabr bəyanatının 9-cu bəndinin icrasını gündəmdə saxlayır.
Manevr.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Arnold Bleyan deyib.
Onun sözlərinə görə, İrəvan və Moskva arasında dəhlizin keçəcəyi Zəngəzurda Rusiya konsulluğunun açılması və diplomatik nümayəndəliklərin genişləndirilməsi məsələləri müzakirə edilir:
“Məlumata görə, Ermənistan tərəfi hər iki məsələyə öz etirazını bildirib. Bizə Sünikin (Zəngəzur – red.) ruslaşması lazım deyil. Orada rusların sayı nə qədər azdırsa, Sünik o qədər Ermənistan ərazisində qalacaq, əks halda bu, Ermənistanın müstəqilliyinin itirilməsinə gətirib çıxaracaq”.
Bleyan bölgədə konsulluq açmaq istəyən Rusiyanın hədəfinin dəhlizə nəzarət olduğunu istisna etmir.
Xatırladaq ki, konsulluq məsələsi dünən Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında müzakirə olunub. Rusiyanın baş diplomatı Zəngəzuru “strateji bölgə” adlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar