Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Coşqun Xəliloğlu "Mənim dostum"

Tarix: 17-12-2024 10:01     Baxış: 3235 A- / A+

(Uşaqlar üçün hekayə)

Mən ikinci sinifdə oxuyuram. Çoxlu dostlarım var. Ən yaxın dostum isə Hünərdir. Atam da onu tanıyır. Axı Hünərin atası Süleyman əmi də Qarabağ müharibəsində atam kimi düşmənə qarşı döyüşüb. Qazidir, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə sol qolunu itirib. Yaxasında çoxlu orden-medal var.
Hünər həm əlaçıdır, həm də şirindil, mehriban uşaqdır. Müəllimimiz həmişə onu tərifləyir.
Keçən həftə məktəbə gələndə Hünər yoldan pulqabı tapmışdı. Gətirib birbaşa müəllimə verdi.
-Bu nədir Hünər?
-Müəllim yolda düşmüşdü, götürdüm.
Müəllim pulqabını açdı, yüz doxsan yeddi manat pul və dərman resepti vardı.
Pulu görən gombul Fətullanın pıçıltısı aydın eşidildi:
-Ay fərsiz... mən tapsaydım...
Növbət gün məktəbimizin iclas zalında böyük yığıncaq oldu. Əvvəl direktor danışdı, o, Hünəri səhnəyə çağırdı. Xeyirxah, nəcib  gördüyünə görə onu təriflədi:
-Hünər kimi şagirdlərimizlə fəxr edirik. Bilirsiniz, o, kimin pulqabısını tapıb? - özü də cavab verdi:
-Sənubər müəllimin. Sənubər müəllimin neçə-neçə yetirməsi var. Mən də onun bir vaxtlar şagirdi olduğuma görə fəxr edirəm. Bir də ki... onun ikinci oğlu İnam da Qarabağ uğrunda döyüşlərdə düşmənə qan uddurub, qazidir. Sevimli müəllimimiz Hünərə təşəkkürünü bildirmək üçün həm özünə və həm də bizim hər birimizə doğma olan məktəbə gəlib.
Sənubər müəllim direktora təşəkkür edib Hünərə yaxınlaşdı. Onu qucaqlayıb üzündən öpdü.
-Mənim balam, mən atan Süleymana dərs demişəm. O da ağıllı, çalışqan, dürüst insan idi. İndi onun qəhrəmanlığından, igidliyindən bütün Azərbaycan danışır. Kim nə deyir, desin, itki pis şeydir. Pul kisəsini itirəndə kədərlənmişdim, indi isə həm
onun tapılmasına, həm  sənin kimi ağıllı balalarımın olduğuna görə çox sevinirəm. Mən sənə, valideynlərinə, müəllimlərinə təşəkkür edirəm.
Müəllim yenidən Hünəri qucaqladı. Hamı əl çaldı. Həmin gün sanki məktəbdə bayram idi. Uşaqlar bir-bir Hünərlə görüşürdülər Ən çox sevinən isə mən idim.
Axı Hünər mənim dostumdur.

09.12.2024

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar