Xəbər lenti
Direktor ev dustaqlığına buraxıldı
"Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.
Manevr.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.
Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.
Əldə etdiyimiz məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyib. Məhz bu səbəbdən azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.
Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdır. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.
Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar