Manevr.az xəbər verir ki, Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.
Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.
Onu da qeyd edək ki, məlumata hələ ki, rəsmi münasibət bildirilməyib.apa