Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bəşər Əsəddən ilk AÇIQLAMA

Tarix: 16-12-2024 17:21     Baxış: 366 A- / A+
“Silahlılar yaxınlaşan zaman...” - Bəşər Əsəddən ilk açıqlama
“Suriyada vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı bir dəfə də olsun istefa vermək və yaxud sığınacaq istəmək imkanını nəzərdən keçirməmişəm”.
Manevr.az xəbər verir ki, bunu bir neçə gün əvvəl Suriyada prezident postunu tərk edən Bəşər Əsəd deyib.
B.Əsədin açıqlaması onun teleqram kanalında paylaşılıb və bu, onun Suriya Ərəb Respublikasında hakimiyyətin dəyişməsindən sonra ilk açıqlaması olub.
Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarına qədər, silahlı qruplaşmalar paytaxta yaxınlaşdığı zaman Dəməşqdə olub və Suriyanı həmin günün axşamı tərk edib. 
Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və idlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirdi, dekabrın 8-də isə Dəməşqə daxil oldular. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. O, hazırda Rusiyadadır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar