Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İstedadı stimullaşdırmadıqda, o istedadsızlaşır...” - Nadir İsrafilov

Tarix: 18-04-2024 13:28     Baxış: 387 A- / A+
Nadir İsrafilov
Təhsil eksperti

Olimpiada və müsabiqələr istedadlı şagirdləri aşkara çıxarmağın əsas yollarından biridir.Məlumdur ki, “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Q a y d a l a r ı”na əsasən fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır ki, bu da olimpiadanın nəticələrində maraqlı tərəflərin bu prosesə diqqət və məsuliyyəti baxımından zəruri şərtlərdən biridir. Xüsusilə son onilliklərlərdə ölkəmizdə olimpiada hərəkatınının geniş vüsət alması sevidiricidir.

İstər Respublika miqyaslı, istərsə də Beynəlxalq olimpiadalarda məktəblilərimizin uğurları bunu deməyə əsas verir. Qazanıln qızıl, gümüş və bürünc medalların sayı durmadan artır, məktəblilərimizin sorağı ən mötəbər bilik yarışlarından gəlir və gəlməkdədir. Bu hər şeydən əvvəl onun nəticəsidir ki, fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında mütəmadi olaraq müvafiq və zəruri dəyişikliklər edilir, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər. Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Bu baxımdan olimpiada qalibləri ilə geniş auditoriya şəraitində mütəmadi görüşlərin keçirilməsi, qaliblərin Respublikamızın ən tanınmış ziyalıları tərəfindən təltif edilməsi, bir neçə ildir ki, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən beynəlxalq olimpiadalarda qalib olanların müsabiqədənkənar ali təhsil almaq hüququna malik olması və digər bu kimi stimullaşdırıcı tədbirlər məktəblilərin olimpiadaya olan maraq və həvəsini daha da artırır, onların inam və güvənini bir qədər də gücləndirmiş olur. Olimpiadalar həm də şagirdlər arasında sağlam rəqabət yaradır, məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında, onların tərəfdaş təşkilatlarla əlaqələrinin qurulmasında müsbət rol oynayır.
Səmimi etiraf edə bilərik ki, bugünkü yeniyetmələr daha bacarıqlı və yüksək hazırlığa malikdirlər: Doğrudan da şagirdlərimizin ildən-ilə əldə etdikləri uğurların sayı artmaqdadır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif səpgili layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmə və gənclərimizi tanıtdırıb. Sevindirici haldır ki, son illər Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qalib olan şagirdlərin sayında artım müşahidə olunur.

Elə, dünən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində də müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin aşkara çıxarıması, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqların inkişaf etdirilməsi, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsinin təmin edilməsindən geniş söhbət açıldı. Qeyd edildi ki, müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında bu kimi müsabiqələr mühüm rol oynayır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar