Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib "onunla nə edirsən, et" DEDİ

Tarix: 17-04-2024 21:46     Baxış: 369 A- / A+
Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib "onunla nə edirsən, et" DEDİAzərbaycanda tükürpədici hadisə baş verib. Ana yeniyetmə qızını pul qarşılığında tanıdığı kişiyə satıb.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə zorakılığa məruz qalan yeniyetmə qollarını doğrayaraq özünə xəsarətlər yetirib:

"Valideynləri boşandıqdan sonra Zəhra (ad şərtidir) rayonda anası ilə yaşayıb. Bir müddət keçəndən sonra anası onu tanıdığı bir kişiyə (40-50 yaş) təhvil verib və "onunla nə edirsən et" deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi yeniyetmə qıza "bədənini sat, pulu birgə bölərik" deyib. Bu sözləri eşidən Zəhra qollarını doğrayaraq Bakıya qaçıb".

Mehriban Zeynalovanın sözlərinə görə Bakıda azyaşlının həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub:

"Onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın danışdıqları və yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağına ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır", deyə Birlik rəhbəri əlavə edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar