Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İndiki həssas məqamda kütləvi aksiya təşəbbüsləri təxribatdır” – deputat

Tarix: 17-04-2024 12:31     Baxış: 377 A- / A+


“44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı Qərb dairələrində müxtəlif formalı təzyiq, təhdid mexanizmləri işə düşməyə başlayıb. Azərbaycanın regionda oynadığı aparıcı rolu həzm edə bilməyən qüvvələr hansısa sanksiyalar, qətnamələr qəbul etməklə, ölkəmizə təzyiq göstərə bilmədiklərini görüb daxildə müəyyən təxribatçı hərəkətlərə rəvac verirlər”.

Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Aqil Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, hər zaman olduğu kimi Azərbaycan müstəqil siyasət yürüdür, Cənubi Qafqazda əsas söz sahibidir: “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı hərəkətə keçən qüvvələr, rəsmi İrəvana müxtəlif vədlər verərək onu savaşa sürükləyirlər. ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərlərinin görüşündən sonra bu təxribatlar daha da artıb. Son vaxtlar şərti təmas xəttində atəşkəsin pozulması, ermənilərin mövqelərimizi intensiv atəşə tutması bunun nəticəsidir”.
A.Məmmədovun sözlərinə görə bunlar azmış kimi məlum dairələr Azərbaycanın daxilində də təxribatçı hərəkətlərə rəvac verməklə ölkənin müstəqil siyasətinə təsir göstərməyə çalışırlar: “Son günlər radikal müxalif qrupların yenidən qanunsuz kütləvi aksiyalar, mitiqlər keçirməklə bağlı səsləndirdikləri fikirlər də eyni mərkəzdən idarə olunan siyasətdir. Bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağda böyük quruculuq işləri aparır, azad olunmuş rayonlarımıza Böyük Qayıdış həyata keçirilir. Azərbaycan bu ilin sonuna nüfuzlu COP29 sammitini keçirməyə hazırlaşır. Bu Azərbaycan üçün böyük beynəlxalq etimad və bizim üçün məsuliyyət deməkdir. Eyni zamanda, biz regionda gərgin geosiyasi vəziyyətin də olduğunu görürük. Belə bir vaxtda ölkədə ictimai rəyi çaşdırmaq, təxribat cəhdləri ölkənin, xalqın maraqları, mənafeyi ilə ziddiyyət təşkil edir. Təbii ki, Azərbaycan xalqı hər zaman ayıq-sayıqdır. Bu cür çağırışlara ciddi yanaşanların sayı ancaq barmaqla sayılacaq qədər ola bilər. İstənilən qanunsuz aksiyanın qarşısı isə hər zaman olduğu kimi qanuni yollarla alınacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar