Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan keçə bilməyən şəhid anası işsiz qalıb?- RƏSMİ

Tarix: 18-09-2023 18:46     Baxış: 3161 A- / A+


Sertifikasiyadan keçə bilməyən şəhid anası işsiz qalıb?- RƏSMİ 

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. 
İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. 
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanıldı.
Qeyd edək ki, artıq sertifikasiyadan keçməyən müəllimlərin fəaliyyətinə xitam verilib. Həmin müəllimlərdən biri də Bakı şəhəri, Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin ibtidai sinif müəllimi Süsən Yusifovadır. 
Xatırladaq ki, Süsən Yusifova şəhid Taleh Yusifovun anasıdır. Onun da əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələni dəqiqləşdirmək üçün adıçəkilən məktəbə müraciət edən Cebhe.info-ya faktı təsdiqləyiblər. 
Bildirilib ki, sertifikasiyadan keçmədiyinə görə müəllimin fəaliyyətinə xitam verilib. Ancaq bununla yanaşı, Süsən Yusifova hazırda məktəbdə günü uzadılmış qrup müəlliməsi kmi fəaliyyətini davam etdirir. 
Onu da qeyd edək ki, ümumiyyətlə, sertifikasiya prosesində şəhid ailələrinə hansısa güzəşt nəzərdə tutulmur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar