Xəbər lenti
Şərəf dolu 33 il – Tural Vəlizadə yazır...
Bu gün qüdrətli xalqımız tərəfindən istiqlaliyyəti elan olunan son dövlətimiz - Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 33-cü ildönümüdür. Köləliyə və zorakılığa boyun əyməyən Azərbaycan xalqı, müstəqilliyinə və gələcəyinə düşmən kəsilən işğalçılara qarşı başladığı azadlıq mübarizəsini 18 oktyabrda zəfərlə, tarixi bir qəhrəmanlıqla taclandırdı.
Bugünkü Azərbaycan Respublikası 3000 illik dövlətçilik ənənəsi ilə yaşayıb yaratdığımız bu coğrafiyada xalqımız tərəfindən çətin şərtlər altında əldə edilmiş unikal bir nailiyyətdir. Azərbaycan Respublikası 33 ildir üzləşdiyi bütün çətinlikləri dəf edərək yoluna davam edən, xüsusilə son dövrlərdəki uğurları ilə bu gün dünyanın yüksələn gücləri arasında yerini tutmağı bacaran bir dövlətdir. Artan iqtisadiyyatı, prinsipial və uzaqgörən xarici siyasəti ilə Azərbaycan bölgəmizdə və dünyada ilham mənbəyi olmağa davam edir. 44 günlük Vətən Müharibəsi xalqımızın öz dövləti ilə nə qədər bütöv olduğunu bir daha sübut etdi. Həmin günlər xalqımız ərazi bütövlüyünü təmin edərək işğalı əbədiləşdirməyə çalışanlara savaş meydanında öz layiqli cavbını verdi. Müstəqilliyin bərpasının 33 illik tarixi millətimizin ən çətin şərtlər altında necə ayağa qalxa biləcəyini göstərən, gələcəyimizə ümid bəxş edən, atdığımız hər addımda dərs almalı olduğumuz bir dövrdür. Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.
İnanıram ki, dünyanın harasında olurlarsa olsunlar, bütün soydaşlarımız, dostlarımız xalqımızın 44 gündə yazdığı şanlı tarixlə fəxr edir, çağdaş Azərbaycanımızla qüur duyurlar. Cənab Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə biz həm separatizmə, həm terrorizmə, həm də işğala son qoyaraq müstəqilliyimizin bərpasının 32-ci ildönümünə dövlət suverenliyini bərpa edərək qədəm qoyduq. Bu il isə tam sürətlə işğalın fəsadları aradan qaldırmağa davam edir, Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qaynayır. Qoy bütün vətəndaşlarımız və dostlarımız buna əmin olsunlar: bu gün Azərbaycan 2023-cü ildən daha güclü, daha ağıllı və daha qətiyyətli bir ölkədir. Birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza, vətənimizə, müstəqilliyimizə, gələcəyimizə yönəlmiş istənilən hücum uğurlu olmayacaqdır. Nə Ermənistan, nə də onlardan istifadə edənlər hədəflərimizə çatmağımıza mane ola bilməyəcəklər. Bu hiss və düşüncələrlə Azərbaycanda və xaricdə yaşayan bütün vətəndaşlarımızı 18 oktyabr - Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Başda çağdaş Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyev olmaqla müstəqillik uğrunda fədakarcasına mübarizə aparan bütün keçənlərimizi və bu yolda canlarından keçən bütün şəhidlərimizi sayğı və rəhmətlə yad edirəm. Atalarımızın irsini qoruyan qəhrəman xalqımıza və bizə mənəvi dəstək olan bütün dostlarımıza ürəkdən təşəkkürümü bildirirəm. 18 oktyabr - Müstəqilliyimizin Bərpası Günü mübarək olsun!
Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universitetinin müəllimi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar