Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

Tarix: 23-12-2024 11:28     Baxış: 321 A- / A+

Ermənilər növbəti dəfə yeni bir iddia ilə sosial şəbəkələrdə diqqətləri üzərlərinə çəkməyi bacarıblar.
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, X platformasında erməni səhifələrindən biri son zamanlarda dünyada məşhur olan “Dubay şokoladı”nın əslində erməni şirniyyatı olduğunu iddia edib.
Səhifənin paylaşımında Sultan Şahqulu Ustaçlıyan adlı erməni tarixçinin 16-cı əsrdə yazdığı mətnlərdə həmin dövrdə məşhur olan şokoladın reseptini qeyd etdiyini bildirilib. Ustaçlıyanın 5 əsr əvvəl ermənilərin Şuşada püstə və fındıqla şokoladı qarışdıraraq şirniyyat hazırlandığını, bunun o zamanlarda çox məşhur olduğunu vurğuladığı bildirilir. Hətta səhifə “Dubay şokoladı”nın əsl adının “Şuşa şokoladı” olduğunu yazıb. İddiaya bir neçə erməni də dəstək verib.
Sözügedən paylaşım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu iddia “gülünc” adlandırılıb və ciddi şəkildə tənqid edilib.
Xatırladaq ki, Şuşa şəhərinin yaşı 3 əsrdən azdır. Bura 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar