Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Füzulinin yağıdan azad edilməsi tarixi zəfərimizin şanlı səhifəsidir"

Tarix: 17-10-2024 19:12     Baxış: 3331 A- / A+

17 Oktyabr - Füzuli Şəhəri Günüdür

Bu gün Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonunun şəhər günüdür. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin avqust ayının 23-də işğal edilən Füzuli rayonu 2020-ci ilin oktyabr ayının bugünü düşməndən azad edilib.

Bu barədə Manevr.az-a açıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirdi ki, Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar: 
 "Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Qeyd edim ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz qaldığı 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Beləliklə, Füzulinin yağıdan azad edilməsi tarixi zəfərimizin şanlı səhifəsidir. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib", deputat vurğuladı.

Natəvan Qocayeva
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar