Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

Qatar telefona baxaraq relsdən keçən qadını vurub

Tarix: 17-10-2024 21:47     Baxış: 330 A- / A+
Qatar telefona baxaraq relsdən keçən qadını vurub - VİDEOÖtən bazar ertəsi Buenos-Ayresin Liniers bölgəsində təhlükəli hadisə baş verib. 24 yaşlı Fakundo Rodriges mobil telefonuna baxaraq keçiddən istifadə etməyə çalışıb və az qala qatarın altında qalıb.

"Trenes Argentinos" dəmir yolu xəttinin təhlükəsizlik kameraları hadisəni anbaan qeydə alıb. Kadrlarda Rodrigezin telefonuna fokuslanaraq yola çıxdığı, son anda qatarı görüb geri çəkilməyə çalışdığı, ancaq qatarın ona dəydiyi görünür. Zərbənin təsirindən gənc yerə yıxılsa da, ciddi xəsarət almayıb.

Hadisədən sonra qatarların hərəkəti 45 dəqiqə dayandırılıb. Rodriges hadisə yerində tibb işçiləri tərəfindən yoxlanıldıqdan sonra özbaşına gedib.
Bu təhlükəli vəziyyət sosial mediada geniş əks-səda doğurub. Bir çox insanlar mobil telefondan istifadə edərkən yeriməyin təhlükələrinə diqqət çəkib. Bəzi istifadəçilər Rodrigesi tənqid edərkən, bəziləri ətrafdakıların da onu xəbərdar etməli olduğunu bildiriblər. Səlahiyyətlilər oxşar qəzaların qarşısını almaq üçün piyadaları daha diqqətli olmağa çağırıb. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar