Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qladiatorlar niyə kül yeyiblər? - İlginc FAKT

Tarix: 06-10-2024 15:39     Baxış: 4170 A- / A+
Qladiatorlar niyə kül yeyiblər? - İlginc fakt
Qədim Roma dedikdə ilk ağla gələnlərdən biri də qladiatorlardır. Onlar xüsusi rejimdə yaşayır və indiki peşəkar idmançılar kimi qidalanma rejiminə çox ciddi əməl edirdilər.
Manevr.az xəbər verir ki, Türkiyədəki Efes antik şəhərində tapılmış nümunələrin analizi qladiatorlarla bağlı maraqlı faktları üzə çıxarıb. III əsrə aid qladiator skeletlərinin analizi zamanı sümüklərdə böyük həcmdə stronsium (Sr) izotopları aşkar edilib. Bu da, qladiatorların əsasən bitki ilə qidalandıqlarını sübut edir.
Bu nəticə qədim mənbələrdə yazılanlarla üst-üstə düşür. Latındilli mənbələrdə qladiatorların ətdən az istifadə etdiyi, lakin gündəlik qida rasionunda paxlalı və dənli bitkilərin geniş yer aldığı göstərilir. Buna görə də xalq arasında onlara “arpayeyən” (Hordearii) deyilirdi. Bu cür qida rejimi döyüş zamanı yaranan zədələrin tez sağalmasına kömək edirdi.
Qladiatorların gündəlik menyusunda müxtəlif ağac və otların külündən hazırlanan “şərbət” də yer alırdı. Kül orqanizmin kalsium ehtiyacını təmin edir, sümükləri möhkəmləndirirdi.(publika.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar