Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ötərxan Eltacdan “Səbrin intiqam”ı...

Tarix: 06-10-2024 20:18     Baxış: 298 A- / A+
   Şair-publisit Ötərxan Eltacın “Səbrin intiqam”ı adlı yeni kitabı işıq üzü görüb

    Manevr.az xəbər verir ki, kitabda Birinci Vətən müharibəsində və İkinci Vətən müharibəsində qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq dastanı yazan, şərəfli hərb tariximizə öz adını qanı ilə həkk edən müzəffər ordumuzun yenilməz əsgəri – qazi Elsevər Hüseynovun amansız döyüşləri öz əksini tapıb. Vətən sevgisi və qisas hissi ilə alovlanan Elsevər döyüş meydanında saysız-hesabsız ağır texnikaların yararlı və yarasız halda ələ keçirilməsində, iri çaplı silahların qənimət olaraq ələ keçirilməsində, sursat maşınlarının, eləcə də sursat anbarlarının sıradan çıxarılmasında əvəzsiz xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq Elsevərin döyüş yoluna işıq tutuldu. Çünki o, ibrət və örnək oğullardan biridir.
    Müvəffəqiyyət, uğur, qələbə, nailiyyət və zəfər yenilməz oğulların gücün- dən, qüdrətindən doğar. Qüdrətli oğulların yalnız yumruğu deyil, kəlməsi də diktə edər. Qeyrəti qalxan, ədaləti gürz, hökmü ox olan qəhrəmanın yurduna yağı göz di- kə bilməz. Dəmir yumruqdan zireh geyən diziqatlanmaz, qolubükülməz azman oğulların qüdrəti İkinci Vətən müharibəsində - cəmi 44 gün ərzində kimliyini bir daha isbatladı. Beləcə, adı dilləri dolaşan qeyrət mücəssiməsi Elsevərin el sevgisi bayatılaşdı, dastanlaşdı, yaddaşlarda heykəlləşdi. 
   İnanırıq ki, əlinizdə tutduğunuz bu kitab Elsevər kimi dastan yazan oğulla- rın yoluna işıq tutan bir çıraq olacaq. Çırağınız sönməsin heç vaxt.


Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar