Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

34 yaşlı qadın 18 yaşlı oğlanla sevgili oldu

Tarix: 16-10-2024 21:33     Baxış: 331 A- / A+
Böyük Britaniyadan olan 35 yaşlı Reyçel Makintayr qızının həmyaşıdı ilə romantik münasibətə girib. O, mediaya özündən 16 yaş kiçik sevgilisi ilə görüşdüyünü deyib.

Qadın 14 yaşında ana olduğunu etiraf edib. O, seçimindən heç vaxt peşman olmayıb və qızı Bethlə həmişə yaxşı münasibət qurub. Makintayrın dediyinə görə, qızı da 18 yaşında uşaq dünyaya gətirib. Beləliklə, Makintayr 34 yaşında nənə olub. Qadın bundan sonra da model kimi işləməyə davam edib.

Türkiyəyə səfərlərin birində gənc nənə 18 yaşlı Seskan adlı oğlanla tanış olur. Gənc otel restoranında ofisiant işləyirmiş.

Qadın vurğulayıb ki, Seskan yalnız münasibətdən vizaya ehtiyacı olanlar kimi deyil. "O, mehriban, ağıllı, mülayim, gülməli və gözəl sevgilidir. O, heç vaxt məndən pul istəməyib və adətən harasa gedəndə xərclərini özü ödəyir", - Makintayr bildirib.

Reyçelin sözlərinə görə, onlar uşaq sahibi olmamaq qərarına gəliblər. Onun nəvəsi və ən kiçik 11 yaşlı qızına baxmağa kifayət qədər imkanı var. O, balaca qızını sentyabr ayında sevgilisi ilə tanış edib və dekabrda Seskan ilə Taylandda tətil etməyi planlaşdırır. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar