Sizin Reklam Burada
Xəbər lenti
11-11-2026
10-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar

Tarix: 11-11-2026 21:51     Baxış: 338 A- / A+
Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar
Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən Elməddin Kazımov, Niyaməddin Kazımov, Gündüz Kazımov və Pərviz Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Kazımov 18 il 6 ay, Gündüz Kazımov 17 il 6 ay, Elməddin Kazımov 17 il, Niyaməddin Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü ilin iyun ayında baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə Muraz Məmmədov və Eltəkin Zeynalov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Pərviz Kazımovun qonşuluqda baş verən oğurluq hadisəsini Muraz Məmmədovun törətməsindən şübhələnməsi və bu barədə onun anasına məlumat verməsi olub.

Muraz Məmmədov buna görə Pərviz Kazımova irad bildirib. Pərviz Kazımov isə buna cavab olaraq onu öldürmək məqsədilə qohumları ilə birlikdə plan qurub.

Təqsirləndirilən şəxslər məsələni aydınlaşdırmaq bəhanəsi ilə Muraz Məmmədov və Eltəkin Zeynalovla görüş təyin ediblər. Pərviz Kazımov əvvəlcədən hazırladığı plana uyğun olaraq özü ilə plastik qabda benzin və dəmir boru götürüb.

Görüş zamanı təqsirləndirilən şəxslər Muraz Məmmədov və Eltəkin Zeynalovu zərərsizləşdirərək onların hərəkət imkanlarını məhdudlaşdırıb, daha sonra dəmir boru ilə onlara zərbələr endiriblər. Bundan sonra plastik qabdakı benzini yandıraraq onların üzərinə atıblar.

Nəticədə Muraz Məmmədov ölüb, Eltəkin Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıqlar alıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. apa 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar