Sizin Reklam Burada
Xəbər lenti
11-11-2026
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür

Tarix: 11-11-2026 13:49     Baxış: 340 A- / A+


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasından bir il keçir.
Manevr.az xəbər verir ki, faciə 2025-ci il noyabrın 11-də baş verib. Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbi qulluqçunun hamısı həyatını itirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, C-130 təyyarəsi 8 Noyabr - Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuşlar həyata keçirən F-16 qırıcılarının texniki heyətini və avadanlıqlarını Türkiyəyə aparırmış. Təyyarədə 10 nəfərlik texniki xidmət heyəti olub.
Kayseridən Gəncəyə gələn C-130E tipli hərbi təyyarə buradan Türkiyənin Merzifon şəhərində yerləşən 5-ci Əsas Reaktiv Təyyarə Bazasına istiqamət alıb. Uçuş zamanı Tbilisi Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə sonuncu əlaqədən sonra təyyarə ilə radio və radar bağlantısı kəsilib.
Qəza baş verdikdən sonra Türkiyə, Azərbaycan və Gürcüstanın aidiyyəti qurumları birgə axtarış-xilasetmə əməliyyatları həyata keçiriblər.
Faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar