Xəbər lenti
Benzinin qiymətindən təzə XƏBƏR
Ekspert deyir ki, benzinin idxalına tətbiq olunan güzəştlər müvəqqətidir.
Azərbaycanda idxal olunan aşağı oktanlı benzinə tətbiq olunan gömrük rüsumu ləğv edilib. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Bu qərar ölkə əhalisində çaşğınlığa səbəb olub. Verilən qərarın səbəbi açıqlanmadığından cəmiyyətdə benzinin ucuzlaşacağına dair bir inam formalaşıb.
Bəs, görəsən əslində bu qərarın səbəbi nədir və 921 oktanlı benzin ucuzlaşa bilərmi?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirdi ki, bu qərar verilərkən qiymət dəyişikliyi nəzərdə tutulmayıb: “Hökumət bu qərarın hansı zərurətdən doğduğunu izah etmədiyinə görə cəmiyyətdə çaşqınlıq yaranıb. Səbəb isə odur ki, Azərbaycanda 60 gün müddətində Ai-92 markalı benzinin idxalına ehtiyac yaranıb. Adətən hər ildə bir dəfə neft ayırma zavodları plana uyğun olaraq təmirə dayanırlar. Bu il də təmir işləri avqust ayına salınıb. Adətən təmirdən əvvəl zavodun rezervuarlarında yanacağın ehtiyatı toplanır ki, təmir gedən zaman daxili bazarda hər hansı problem yaşanmasın. Ancaq hazırda H.Əliyev adına Neft Emalı Zavodunda SOCAR həm də modernizasiya işləri də görür və bir neçə qurğunun yenilənməsi prosesi gedir. Ona görə də təmir işlərinin müddəti əvvəlkindən daha uzun çəkəcək. Nəticədə rezervuar parkında olan ehtiyat hesabına ölkənin Ai-92 markalı benzininə olan tələbatını ödəmək mümkün olmayacaq. Yəni idxala ehtiyac yaranıb. Qiymətin daxili bazarda dəyişməməsi üçün isə Nazirlər Kabineti məlum qərarı verib. İdxal aksiz dərəcələrinə yenidən baxılıb və konkret desək, Ai-92 markalı benzinin 1 tonu üçün aksiz rüsumu 200 AZN-dən 1 AZN-ə endirilib”.
Ekspert qeyd etdi ki, bu benzindoldurma stansiyalarında Ai-92 markalı yanacağın qiyməti aşağı düşəcəyi anlamına gəlməməlidir: “Ai-92 ölkəyə idxal olunmurdu ki, indi də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxsın. İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni 60 gün ərzində qüvvədədir, 15 oktyabrda qüvvədən düşəcək. Bu praktika dünyanın hər yerində var. Dünyadakı hər bir neftayırma zavodu ildə bir dəfə təmirə dayanır, istər Bakıda olsun, istər Təbrizdə, istərsə də Texasda. Bunu texnoloji proseslər tələb edir. Sadəcə, hazırkı təmir işlərinin miqyası böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. Bu baxımdan, hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb. Bunun üçün də idxal dövründə aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən imtina edib”.
Sonda onu da qeyd edək ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.“Yeni Müsavat”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar