Xəbər lenti
İranın Qarabağa neft daşıması... – Xarici ekspertlər danışdı
Erməni sosial şəbəkə istifadəçilərinin İrana məxsus olduğu görünən TIR-ların Xankəndiyə neft və neft məhsulları daşındığınə əks etdirən video yayması ciddi suallar doğurub. ABŞ-ın İrana neft sanksiyaları qüvvədədir. Belə olan halda bu qadağalara məhəl qoymayan Ermənistanın sanksiyalara məruz qalması mümkündürmü?
Manevr.az beynəlxalq ekspertlərin axar.az-ın bu sualına cavablarını təqdim edir:
ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik:
Qayda bundan ibarətdir ki, əgər İranla ticarət aparırsınızsa, bu halda nəyin ticarətini apardığınızı bəyan etməli və ticarət əmtəəsinin ABŞ sanksiyaları altında olub-olmamasını bilməlisiniz. Təbii ki, bu qaydalar Ermənistanla Amerika arasındakı danışıqlara xitam verilənə qədər keçərlidir.
Ermənistan-İran ticarəti bir faktordur və COVID-19-un ciddi təzyiqi səbəbilə bu siyasətə müəyyən dəyişikliklər ediləcək. Hazırda enerji məsələsi böyük bir yenidənqurma prosesindən keçir və bu yenidənqurma prosesi səbəbindən sanksiyalar yeni bir siyasi xəttin tələbi və sübutu olaraq daha tez gələ bilər.
ABŞ-ın Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders:
Sanksiya tətbiq etməzdən öncə ABŞ hökuməti çox güman ki, nə baş verdiyini araşdıracaq, Ermənistan hökuməti ilə əlaqə saxlayıb izahat istəyəcək və rəsmi İrəvana gələcəkdəki neft alışlarını qadağan etmək üçün təzyiq edəcək. Əgər Ermənistan rəsmiləri bu yük göndərişlərinin dayandırılması tələbindən imtina etsə və ya dayandırmasa, o zaman sanksiyaların tətbiqi qaçılmazdır.
Türkiyəli siyasi şərhçi Həsən Oqtay:
Ermənistan İran neftini Dağlıq Qarabağ üzərindən ölkəyə daşıyır və istifadə edir. Bu bölgə dünya tərəfindən tanınmadığı üçün illərdir bu ərazidən belə qanunsuz əməliyyatlarda tez-tez istifadə olunur.
ABŞ bu videoları nəzarətə götürsə və ABŞ-dakı erməni lobbilərinin təzyiqinə qarşı çıxa bilsə, ciddi tədbirlər görəcək. Çünki Çin ABŞ-a qarşı İranla Ermənistan üzərindən yeni Böyük Çin Divarı yaratmaqdadır.
Rus tarixçi və politoloq Oleq Kuznetsov:
Nəzəri olaraq, bəli, amma yalnız nəzəri cəhətdən. Fakt budur ki, bu dünyada sanksiyalar iqtisadiyyata yönələn bir siyasətdir. Əgər onların tətbiq olunduğu müvafiq ABŞ qanunlarına nəzər yetirsək, görərik ki, sanksiyalar rejiminin praktikada tətbiqi, hüquqi dildə desək, dispozitiv xarakter (seçim imkanları verən) daşıyır.
Daha sadə dillə desək, sanksiyalar rejimi universal deyil və hər bir halda ya ABŞ Prezidenti, ya da bu ölkənin rəsmi bir federal orqanı tərəfindən fərdi olaraq tətbiq olunur, əgər bunun üçün rəsmi əsaslar varsa da, istənilən halda bu, ABŞ-ın milli maraqlarına uyğun olmalıdır.
Bu vəziyyətdə bunu aşağıdakı kimi başa düşmək lazımdır: səlahiyyətli yüksək vəzifəli Amerika rəsmisi İran neftinin Dağlıq Qarabağa daşınmasının ABŞ-ın milli maraqlarına uyğun olduğuna qərar verərsə, sanksiyalar tətbiq olunmayacaq, yox əksinə qərar verilərsə, sanksiyaların tətbiqi qaçınılmazdır.
ABŞ sanksiyaları nəzəriyyəsində Ermənistana sanksiya tətbiq olunasının nə qədər teorik əsası olsa da, Amerikadakı erməni lobbisinin təsirini və dünya bazar qiymətlərinə heç bir şəkildə təsir edə bilməyən kiçik həcmli bu daşınmanı nəzərə alsaq, ABŞ-ın İran neftini Ermənistana ixrac etdiyi üçün İrəvana qarşı sanksiyalarının tətbiq etməyəcəyi ehtimalı yüksəkdir.
“Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya:
Yaxın gələcəkdə ABŞ-ın Ermənistana sanksiya tətbiq edəcəyini düşünmürəm. Çünki bölgədə Türkiyə ilə Azərbaycanın son zamanlarda inkişaf edən dostluğu ilə birlikdə türk millətləri arasındakı əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Belə olduğu halda bölgədəki türklərə qarşı olan iki ünsürdən istifadə variantı meydana çıxır. Bölgədəki bu iki ölkədən biri İran, biri isə Ermənistandır. Məsələyə bu bucaqdan yanaşıldıqda, Ermənistanın məhz bu səbəbdən heç bir sanksiyaya məruz qalmayacağını hesab edirəm. Həmçinin Ermənistanın Amerikada güclü lobbisi var.
ABŞ Ermənistana sanksiya tətbiq etmək fikrinə düşərsə, ordakı erməni lobbiləri hər bir vəchlə bunun qarşısını almağa çalışacaq.
Lakin onu da da qeyd edim ki, İranın Azərbaycanın işğal olunduğu Dağlıq Qarabağ ərazisinə neft yollaması bir növ işğalı tanıması kimi qiymətləndirilməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar