Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İqtisadçı: “Yüz minlərlə insan faktiki olaraq havada qalıb”

Tarix: 08-04-2020 14:29     Baxış: 4225 A- / A+
İqtisadçı: “Yüz minlərlə insan faktiki olaraq havada qalıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcəyinə dair qərar öncə insanların sevincinə səbəb olsa da nazir Sahil Babayevin yardımdan kimlərin faydalanacağına dair verdiyi açıqlama xeyli xəyal qırıqlığına və ümidsizliyə səbəb oldu. İnsanlar sosial şəbəkələrdə etiraz edərək qərardan yararlanmağın demək olar ki, imkansız olduğunu bildirirlər.

Bəs vəziyyət niyə belə hal aldı?

Manevr.az xəbər verir ki, iqtisadçı Qaşqay İsmayıl bizimyol.info-ya verdiyi açıqlamada problemin kökünün əslində daha dərin olduğunu bildirib. İqtisadçının fikrinə görə, ölkədə mövcud olan qanunların Azərbaycan iqtisadiyyatının indiki vəziyyətinə uyğun olmaması insanları kölgə iqtisadiyyatına sövq edir və bu kimi ağır durumlarda kölgə iqtisadiyyatının zərbəsi yenə xalqa dəyir.
İqtisadçı: “Yüz minlərlə insan faktiki olaraq havada qalıb”

“Sosial yardımlarla bağlı ajiotaj və çatışmazlıqlar, sistemin qeyri-şəffaflığının, iş yerlərinin gizlədilməsinin, kölgə iqtisadiyyatının göstəricisidir. Sistemin hazırki vəziyyətinin səbəbləri təkcə qanunlarının işləməməsi və məmur özbaşınalığı deyil, həm də obyektiv səbəblərə bağlıdır, ölkədə mövcud olan qanunların Azərbaycan iqtisadiyyatının indiki vəziyyətinə uyğun olmaması insanları kölgə iqtisadiyyatına sövq edir.
Belə ki, qanunların əksəriyyəti inkişaf etmiş ölkələrin təcrübəsinin kor-koranə təkrarıdır. İlk baxışda kifayət qədər proqressiv olan bu qanunlar, mövcud reallıqlarla ziddiyyətdə olan qanunlardır. Neft pulları istisna olmaqla, iqtisadi münasibətlərin Seneqal yaxud Konqo səviyyəsində olduğu Azərbaycana Fransa qanunlarının tətbiqi əvvəldən səhv addım idi. Əgər Fransada bərbər və yaxud ofisiant ciddi vergi ödəyicisi sayıla bilərsə, Azərbaycanda bu sahədə işçilər adətən çarəsizlikdən, başqa iş tapa bilmədikləri üçün çalışırlar. Bu insanları vergiyə cəlb etməklə, mövcud problemlər yalnız daha da dərinləşir və hazırki böhranda biz bunun əlamətlərini daha yaxşı görə bilirik.
Yüz minlərlə insan faktiki olaraq havada qalıb, işləsə də heç yerdə qeydiyyatı yoxdur və burada bir nömrəli səbəb, qanunların kifayət qədər mürəkkəb və yerli reallığa uyğun olmamasıdır. Əgər qanunlar qonşu Gürcüstandakı kimi sadə, insanların gəlirlərinə və reallığa uyğun olsaydı, Azərbaycanda da işləyənlərin əksəriyyəti heç bir problemsiz qeydiyyata düşərdilər. Biz nəzərə almalıyıq: Qanunlar inkişafın yüksək mərhələsində olan ölkələrə aiddir, neft gəlirlərini çıxmaqla bizim real iqtisadiyyatımız isə geridə qalmış iqtisadiyyatlardan biridir. Bu ziddiyyət həll olunmadıqca heç kimin qanunlarla işləməyə marağı olmayacaq”,- deyə o bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar