Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi tətil təhsilin keyfiyyətinə necə təsir edəcək - ekspertdən təklif

Tarix: 07-03-2020 12:43     Baxış: 4271 A- / A+
Məcburi tətil təhsilin keyfiyyətinə necə təsir edəcək - ekspertdən təklif

Kamran Əsədov: “Yaxşı olardı ki, müəllimlər internet resurslarından istifadə edərək keçirilməyən dərslərin bir neçəsin şagirdlərin nəzərinə çatdırsınlar”
Nazirlər Kabineti koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etdi.

Bəs görəsən, bu bir həftə müddətində və ya sonradan uzadılarsa, həmin dövrdə şagirdlərin və tələbələrin geri qaldığı proqram necə əvəzlənəcək? Bu durum təhsilin keyfiyyətinə təsir edəcəkmi?

Manevr.az-ın məlumatına görə mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, təhsil haqqında Qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir: “Amma baş nazirin imzaladığı qərarda bu öz əksini tapmayıb. Yəni Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Ancaq mən bunu təklif etmişdim. Səbəb də odur ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dörd günlükdür. Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftə sonu üçün məktəblərdə dərs günü elan edilə bilər. Belə ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündür”.

Ekspertin sözlərinə görə, başqa bir versiya isə dərslərin birləşdirilməsidir: “Yəni yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu o deməkdir ki, əlavə təhlükə olmasa, əlavə tətil gününə ehtiyac olmasa dərslər öncədən planlaşdırılmış vaxtda, 14 iyunda başa çatacaq”.

K.Əsədov onu da vurğuladı ki, bu ərəfədə valideynlər uşaqları başqa kütləvi yerlərə aparmaqdan da çəkinməlidirlər: “Koronavirusa görə məktəblərdə müvəqqəti tətil elan edilməsi o demək deyil ki, bu fürsətdən istifadə edib hamı uşağını götürüb əyləncə mərkəzlərinə, bölgələrə səfər etməlidir. Bu addım Nazirlər Kabineti tərəfindən məktəblilərin təhlükəsizliyi üçün atılıb. Tətilin verilməsi o demək deyil ki, məktəblərimizdə koronavirus var. Xeyr, məktəblərimizdə yoxdur, ancaq digər başqa yerdə ola bilər. Ona görə əgər məktəblilər dərsə getmirsə, maksimum dərəcədə əhalinin sıx toplaşdığı yerlərə getməməli, kütləvi yerlərdə olmamalıdır. Yaxşı olar ki, valideynlər bunu nəzərə alsınlar. Dərslərə 4 gün ara verilməsi və eyni zamanda bayramlar səbəbindən mart ayında 10 günə qədər dərslərin olmaması müəyyən qədər şagirdlərin sonradan əlavə yüklənməsinə gətirib çıxaracaq. Belə ki, qeyd etdiyimiz kimi, dərs keçirilməyən günlər növbəti həftələrdə ya şənbə bazar günləri hesabına, ya da dərslərin birləşdirilməsi üsulu ilə tənzimlənəcək ki, hər iki halda şagirdlər əlavə dərs yükü ilə yüklənəcəklər”.

Təhsil ekspertinin sözlərinə görə, bu kimi durumlar artıq ölkədə distant təhsili qaçılmaz edir: “Yəni hər hansı fövqəladə hadisə baş verəndə şagirdlər texnoloji vasitələrdən istifadə edərək tədrisin axını pozulmadan davam etsinlər. Yaxşı olardı ki, müəllimlər internet və sosial şəbəkə imkanlarından, resurslarından istifadə edərək keçirilməyən dərslərin bir neçəsini şagirdlərin nəzərinə çatdırsınlar. Belə olan halda dərs başlayanda şagirdlər əlavə yüklənməyə qalmayacaq. Bütün hallarda şagirdlərin dərs birləşdirilməsi tətbiq edilsə yaxşı olar ki, ardıcıl bütün həftələrdə bu əvəzlənmə tətbiq edilməsin. Yəni bir həftə fasilə verməklə bunu tətbiq etmək olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar