Xəbər lenti
Azərbaycandakı seysmik təhlükə… – AMEA
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə Qafqaz-Xəzər regionunda seysmik təhlükələrin qiymətləndirilməsi ilə bağlı tədqiqat aparıb.
İnstitutdan verilən məlumata görə, tədqiqat “GPS məlumatları əsasında Qafqaz-Xəzər regionunun üç ölçülü geodinamik modeli: yer qabığı deformasiyaları və seysmik təhlükələrin qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılıb. Tədqiqat zamanı Azərbaycan və qonşu ərazilər üçün seysmik sahənin 3D analizi nəticəsində minimal maqnitudlu zəlzələlərin 15-22 km dərinlikdə yerləşdiyi müəyyənləşdirilib və yer səthində GPS sürətləri əsasında dərinliyə görə paylanması öyrənilib. Əldə edilmiş 3D gərginlik paylanması ilə ətraf bölgələrə nəzərən fərqli GPS sürət xarakteristikası olan plitə daxili “domen” bölgələri müəyyən edilib.
İnstitut tərəfindən ilk dəfə olaraq, Balakən-Zaqatala, Şəki-İsmayıllı və Abşeron yarımadası seysmik zonalarında baş vermiş zəlzələlərin enerji sinfinə görə təsnifatı və qruplaşdırılması statistik təhlil edilib. Tədqiqatlar zamanı güclü zəlzələlər tərəfindən yaradılan kiçik zəlzələlərin təkrarlanma dövründən asılılığı müəyyənləşdirilib. Bu cür qiymətləndirmə üsulu seysmik təhlükələrin ehtimal qiymətləndirilməsi metodlarını təkmilləşdirməyə imkan yaradır.
Tədqiqat nəticəsində bu da müəyyən edilib ki, Abşeron arxipelaqında baş verən güclü zəlzələlərdən sonra zəlzələ ocağının yaxınlığında əmələ gələn gərginliyin yayılması ilə palçıq vulkanlarının aktivliyi arasında korrelyasiya var.
Qeyd edək ki, AMEA – CNR (İtaliya) müsabiqəsində iştirak etmək üçün təqdim edilmiş “Seysmikliyin məkan-zaman dinamikasının və GPS siqnallarının inteqrə olunmuş təhlilinə əsasən Azərbaycanın və ətraf regionların gərginlik vəziyyətinin tədqiqi“ layihəsi ekspertiza mərhələsindədir. /axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar