Xəbər lenti
Azərbaycan və Özbəkistan iki qardaş və müttəfiq ölkə kimi sarsılmaz bağlara malikdir – Aqil Məmmədov
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, aparılan səmimi müzakirələr, əldə edilən sənədlər iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğu bir daha təsdiq edir. Bu sözsüz ki, tarixi əhəmiyyət kəsb edən edən bir səfər idi. Güclü və qalib Azərbaycan II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığın müəllifidir. Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən uğurlu siyasət Azərbaycanın regional və qlobal miqyasda rolunu günü-gündən gücləndirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında olan münasibətlər bu xüsusda mühüm yer tutur. Təbii ki, ölkəmizin xarici siyasət kursunda Özbəkistanla olan əlaqələr xüsusi önəm kəsb edir.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə arasında olan əlaqələrin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir: “Məhz bu tarixi sənədlə iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, xarici siyasətdə atılan ən hümüm addımdır. Sözsüz ki, ölkəmizin regional siyasətinin müəyyənləşməsində də bu amil olduqca önəmli bir yol xəritəsi kimi xarakterizə olunur. Artıq Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Təbii ki, bu regionlarda olan müsbət proseslər Azərbaycanla Özbəkistan arasındakı səmərəli əməkdaşlıqdan asılıdır. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində prezident Şavkat Mirziyoyevlə mətbuata birgə verilən bəyanatlarında da olduqca vacib mesajlar səslənib. Bu bir reallıqdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca önəmlidir”.
Millət vəkili bildirib ki, iki ölkə arasındakı hazırkı münasibətlər Azərbaycan və özbək xalqları arasında tarixi əlaqələrin, mənəvi bağlılığın, dostluğun və qardaşlığın mahiyyətinə əsaslanır: “Ortaq tarix, din və mədəniyyəti bölüşən ölkələrimizin əlaqələri günü-gündən inkişaf edir. Keçmiş sovet dövründə də iki xalq arasında olan mənəvi bağlar üzərində olan münasibətlər davam edib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında tarixin sınaqlarından çıxmış bağlar daha da möhkəmlənib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri xüsusi ilə qeyd edilməlidir. Özbəkistan ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə belə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında Özbəkistan Azərbaycan torpaqlarının işğalına faktına görə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə dövlətdir. Təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Özbəkistanla dövlətlərarası münasibətlərin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutub. 1996-cı ildə Özbəkistan prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə bu ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuzda vacib dönəm idi. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir göstərir. Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə hesab edilir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana ardıcıl səfər etməsi, bu dost ölkənin Prezidenti seçilmiş Şavkat Mirziyoyevin ilk xarici səfərini ölkəmizə etməsi xüsusi önəm kəsb edir: “İki ölkə arasında vacib sənədlərin, sazişlərin imzalanması münasibətlərin xarakterinə müsbət təsir edir. Prezidentlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində vacib məsələləri müzakirə edib. Məhz səfər çərçivəsində iki qardaş ölkə arasında imzalanan sənədlər əslində müzakirələrin əhatə dairəsi bütövlükdə aparılan danışıqların xarakterindən xəbər verir. Ali Dövlətlərarası Şuranın yaradılmasının sonrakı iclası, 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisya Fondunun fəaliyyətinin hazırkı səviyyəsi iki qardaş ölkə arasında böyük hədəfləri göstərir”.
Aqil Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək fonunda Füzuli rayonunda Özbəkistan tərəfinin dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan məktəb tikməsi qardaşlıq töhfəsi idi: “Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidir. Sözsüz ki, hər iki ölkə başçısının ortaya qoymuş olduğu mövqe dövlətlərimizin və xalqlarımızın bundan sonra daha sıx münasibətlər qurmasına başlıca zəmin hesab edilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar