Xəbər lenti
Ermənistanın sülhdən qaçma manifestinin səhnə arxası - ŞƏKİL
Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyəti (şübhəsiz ki, məcburiyyətdən) qəbul etməsi üçün cəhdlər edir.
Lakin, onun, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ümidlə gözlədiyini bildirdiyi halda 18 iyul 2024-cü il Londonda Avropa Siyasi İcmasının keçirdiyi görüş çərçivəsində Azərbaycan tərəfi ilə görüşdən imtina etmə qərarı məntiqsiz görünür. Bu hadisə onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici qüvvələrin alətinə çevrilir. Digər tərəfdən o, müxtəlif institusional qurumlar tərəfindən təsirə məruz qalır ki, bunlardan biri də erməni diasporudur. Dövlətdən kənar yaşayan erməni diasporunun mövcud hakimiyyətlə maraqları və ya baxışları çox vaxt uzlaşmasa da onlar müəyyən məsələlərdə öz hədəflərinə nail olurlar. Qərb dövlətlərində, xüsusi ilə ABŞ, Fransa, Kanadada fəaliyyət göstərən erməni diaspor təşkilatlarının revanşist çıxışları müşahidə olunur. Onlar həmçinin beynəlxalq QHT-lərin hesabatlarının tərtibi prosesində aktiv iştirak edirlər.
Mənzil qərargahı ABŞ-da yerləşən və dünyada tanınan ən məşhur QHT-lərdən biri də Freedom House təşkilatıdır. Hər il qərəzli hesabatlar dərc edən bu qurumda erməni diasporu ilə sıx əlaqədə olan etnik ermənilər fəaliyyət göstərir. Konqresdə isə amerikan siyasiləri etnik ermənilərin dəstəyini almaq üçün onlara yardım təklifləri edirlər, qondarma "soyqrım hesabatları" da bura daxildir.
Freedom House təşkilatında fəaliyyət göstərən bir sıra nümayəndələr
Bu məqamda təşkilatın strukturunda mühüm vəzifələrdən birinin rəhbəri olan Annie Wilcox Boyajian-ın həyat yoldaşının erməni mənşəli şəxs olması hesabatların qərəzli olmasının əsas səbəblərindən birini ortaya qoyur. Freedom House təşkilatının yayımladığı "Niyə burada ermənilər yoxdur?" adlı hesabatın hər bir səhifəsində "sponsorların" adları qeyd olunur.

Freedom House-un Qarabağdakı erməni əhali ilə bağlı hazırladığı hesabat və "Democracy Development Foundation" adlı QHT-nin adının qeyd edilməsi
Onlardan biri Açıq Cəmiyyət İnstitutunun tərkib hissəsi olan və Ermənistanda demokratiya, təhlükəsizlik və insan hüquqlarının inkişafı sahəsində fəaliyyət göstərən "Democracy Development Foundation" adlı qeyri-hökumət təşkilatıdır. Adı çəkilən təşkilatın üzvləri ermənilərdir və baş ofisi İrəvan şəhərində yerləşir.
Eyni zamanda ABŞ-da fəaliyyət göstərən ANCA (Erməni Milli Komitəsi) artıq illərdir Azərbaycana qarşı təbliğat kompaniyasına bəzi amerikalı konqresmenləri cəlb edir. Rəsmi Vaşinqton iki dövlət arasında sülh sazişinin imzalanmasını dəstəklədiyi halda, konqresdə olan bəzi siyasətçilər "yeni müharibə" üçün həyəcan təbili çalmaqda davam edirlər. İstənilən halda müharibə və separatçılıq ideyaları erməni xalqının xeyrinə deyil, hətta milli maraqlarına ziddir.
Erməni diasporu ilə əməkdaşlıq edən amerikan QHT-lərindən biri də Lemkin Institute-dur. Bu təşkilatın hesabatında Azərbaycan tərəfi tənqid edilir və mətndə qondarma "soyqırım" cinayəti ilə bağlı iddialar mövcuddur. Həmin hesabatın müəllifləri və benefisiarlarının erməni olması heç də təəccüblü deyil. Onların adları belə hesabatda gizli saxlanılmır: Belə ki, qərəzli hesabatın 3-cü səhifəsində Alisa Aleksanian, Emily Poghossian, Gevorg Novshadyan, Peter Vertanian və Raffi Zarzartian adlı milliyətcə erməni olan şəxslərin "araşdırma məlumatlarından" istifadə edildiyi bildirilir.

Lemkin İnstitutunun hazırladığı hesabata töhfə verən ermənilər
QHT-lər, diasporlar, xüsusi ilə xarici qüvvələr və Paşinyan hakimiyyətinin qərarsızlığı Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşmasına ciddi əngəldir. Məsələn, Fransada yaşayan ermənilər siyasi proseslərinə ciddi təsir göstərirlər. Onlar guya erməni millətinin maraqlarına uyğun hərəkət etdiyi iddia edir və bu səbəbdən Azərbaycanla Ermənistanın münasibətləri daha da gərginləşdirirlər. Bu prosesin əsas sifarişçilərindən biri Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyandır. O, siyasi proseslərin aktiv iştirakçısıdır və hazırda Ermənistanda persona-non qrata elan olunmuş bu şəxs fəaliyyəti ilə anti-sülh "manifestindən" əl çəkmir. Belə bir vəziyyətdə erməni diasporunun irqçi hisslərinin getdikcə gücləndiyini müşahidə etmək mümkündür. Erməni diasporları tamamilə əks istiqamətdə hərəkət edir, sülh əvəzinə müharibə, əməkdaşlıq əvəzinə isə rəqabət prinsiplərini sərgiləyirlər.

Azərbaycan-Ermənistan münasibətinin normallaşmasını istəməyən institutlardan biri də erməni kilsəsidir. Ermənistan konstitusiyaya görə dünyəvi dövlət olsa da, erməni kilsəsi siyasi proseslərə intensiv müdaxilə edir və daha fərqli, nədənsə dinə uyğun olmayan düşüncələrin yayılmasına dəstək olur. Erməni kilsəsi həmişə bir-biri ilə düşmən olan ölkələr arasında manevrlər edərək öz məqsədinə çatmağa çalışmışdır. Erməni katolikosları Çar Rusiyası dövründə olduğu kimi, SSRİ dövründə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmişdir. Bu gün də o dövrdə baş verən hadisələr təkrar yaşanır. Erməni kilsəsi Azərbaycan-Ermənistan sərhəd delimitasiyası prosesinə maneə olmağa çalışır. Erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən kiçik qrup aylardır etiraz aksiyası keçirir.
Lakin erməni kilsəsi belə bir mövqeyi ilə heç bir nəticə əldə edə bilmədi. Hətta Nikol Paşinyan belə Erməni Apostol Kilsəsinin bütün tarix boyunca "təsir agenti" olduğunu boynuna alıb. Dünyada din nümayəndələri barış çağırışları etdiyi halda erməni katolikosu II Qaregin nədənsə müharibə arzusundadır.
Beləliklə, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması və əməkdaşlığın reallaşmasının qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın qərarsızlığı, erməni diasporu və erməni kilsəsi əsas əngəllərdəndir. Diaspor və kilsə, institusional qurum kimi Ermənistan daxilində həm də xarici ölkələrdə apardığı fəaliyyətlə erməni xalqının milli maraqlarına zidd fəaliyyət göstərməyə davam edir. Onlar regionun inkişafı üçün sülh müqaviləsinin həyati vacib olduğunu anlamırlar. Müasir Ermənistan əgər stabil gələcək arzulayırsa anti-Azərbaycan mövqeyində olan siyasi ideyaları deyil məhz reqional əməkdaşlığı təşviq edən düşüncələri arxasınca getməlidir. Çünki əks halda Ermənistan, siyasi münasibətlər sisteminin subyekti ola bilməyərək xarici qüvvələrin əlində pozucu qüvvə olaraq qalmağa davam edəcək.

trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar