Xəbər lenti
Kuala Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib -ŞƏKİL
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.
Manevr.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində reallaşdırılıb. Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışıb, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın keşməkeşli tarixi haqqında məlumat verib. Əsir şəhərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi tarixindən danışıb.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İctimai Televiziyanın bazasında hazırlanmış “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.
Tədbirdə Malayziya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu günkü müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən belə anladım ki, Şuşa gözəl, həm də güclü şəhərdir. Üzləşdiyi bütün çətinliklərdən qalib çıxıb. Bu şəhərin tarixi insanlara həyat dərsi verir.
Professor şəhərin adının xoşuna gəldiyini də vurğulayıb: "“Şuşa” - şüşə, təmiz, saf mənasında. Ona görə də ilk imkan yaranan kimi Şuşanı ziyarət edəcəyəm".
Türkiyənin Malayziyadakı baş konsulu Tolga Uçak Şuşanın bir qürur şəhəri olduğundan danışıb, Şuşanın tarixinin film vasitəsilə belə əyani görməyin və göstərməyin əhəmiyyətini xüsusi vurğulayıb.
Digər natiqlər də Azərbaycanın bu qədim mədəniyyət və incəsənət mərkəzi haqqında bilgilərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov, səfirliyin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbir iştirakçılarına araşdırmaçı-jurnalist Vasif Quliyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində nəşr etdirilmiş “Şuşa qalası” tarixi-etnoqrafik broşürlər dəsti hədiyyə olunub.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar