Xəbər lenti
"Bu Vaqifdən o Vaqifi soruşma" - Vaqif İsaqoğlunun 65 illiyinə
Doğum günün mübarəkdir əziz dost
Nə arzun var ürəyində çin olsun.
Həyat yolun boranlara düşməsin
Başın üstə daim nurlu gün olsun.
Nüsrət Həsən
Hər bir insanın ömrü ona aid, ona əziz və doğma olan xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur, insanı o xoş anın istisi ilə xumarlandırır. İllər qoşun çəkdikcə isə xatirələr azalır, ömür daha da şirin olur. Təəssüf ki, insan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə tapır. Buna görə də məyus olur, itirdiyi illər üçün heyfislənir, Allaha dua və şükranlarını artırır.
İllər insanı çox vaxt doğmalarından, hətta qoynunda göz açdığı yurd-yuvasından uzaq salır. Hansısa xoş bir günə vaxt-vədə yetişəndə o, yaddaşında ilişib qalan xatirələrə müraciət edir. O xatirələrə ki, hər birimizin uşaq çağlarını bir rəngdə, yeniyetmə vaxtlarımızı başqa bir rəngdə, sonrakı illəri də tamam fərqli göstərir... Düşünürəm ki, istedadlı şair Vaqif İsaqoğlu da elə xatirələrin qoynunda ömrünün 65-ci ilini qarşılayır... Ən əsası da onun poetik xatirələrlə dolu «Bu Vaqifdən o Vaqifi soruşma» adlı kitabı işıq üzü görüb. Kitabı 2024-cü ildə «Fyuzat» nəşriyyatı çap edib. Şair Tural Cəfərlinin redaktorluğu ilə oxuculara təqdim olunan bu kitabda (annotasiyadan da göründüyü kimi) Vaqif İsaqoğlunun son illərdə yazdığı şeirlər toplanıb. Kitabı müəllifin 65 illiyinə bir töhfə kimi də qəbul etmək olar.
Müəllif «Bu Vaqifdən o Vaqifi soruşma» adlı kitabına yazdığı «Vaqif qocalsa da həmin Vaqifdi» başlıqlı ön sözdə qeyd edir: «...Zaman su kimi axıb gedir. Nəhayət mən də ömrün 65-ci payızına gəlib yetişdim. Beş ildən sonra ömür qapımı 70 döyəcək. Döyəcəkmi? Bilmirəm...»
Müəllif yazının ardınca da aşağıdakı misraları varağa hopdurub:
Yetmişdən o yana yolumuz bağlı,
Gözümüz dumanlı, qolumuz bağlı,
Sağımız uçurum, solumuz bağlı,
Biçilmək vaxtımız gəlib çatıbdı…
Əlbəttə bu giriş xarakterli ön söz və bu misralarda əks olunan həqiqət ilk andaca adamı kövrək notlara bükür. Dünyanın heç kimə acımadığı, heç kimə rəhm etmədiyi bir vaxtda ömür qatarının 70-ci, 80-ci... qapılarını açmaq, yaxud aça bilmək adamda bir qədər şübhə doğrurur. Çünki problemlər həddindən artıq, ürək də son dərəcə yorğun halda, gəl indi 100-ə yaxınlaş, görüm necə yaxınlaşırsan. Təbii ki, Vaqif İsaqoğlunu da elə bu nüanslar narahat edir. O, özünə əmin insandır, lakin yaşadığı dünya bu əminliyi hərdən alt-üst edir. Ona görə də şair belə deyir:
...Sağımız uçurum, solumuz bağlı,
Biçilmək vaxtımız gəlib çatıbdı...
Şairin aşağıdakı misraları da elə yuxarıda dediyim fikrə güc qatır:
Bu Vaqifdən o Vaqifi soruşma,
Göyə çıxdı, yerə batdı, bilmirəm.
Aylar keçdi, illər ötdü yel kimi,
Altmışbeşə necə çatdı, bilmirəm…
Əlbəttə, insanın yaşadığı anlar yaddan çıxsa da, bəzi həqiqətlər yaddaşa möhür vurur. Gərgin illər kimi. Biz o illəri çox vaxt şirin duyğu kimi dadırıq. Dadmağa məcbur oluruq. Çünki ömrümüzün ən titrək, ən kövrək çağları məhz həmin illərə təsadüf edir. Biz o illərin qoynunda pərvaz edərək coşqun həyata, əsl çağa qədəm qoyuruq. Hərənin taleyində bir səhifə açılır o illərdən sonra... Bir də görürük ki, ömürdən sürət qatarı kimi ötən illər bizi 70, 80 yaşa gətirib çıxarıb. Ancaq itirdiklərimiz, qazanmalı olduğumuz halda qazana bilmədiklərimiz bizi çox məyus edir. Elə hörmətli şairimiz də qeyd edir ki, altmışbeş yaşına necə gəlib çatdım, bilmirəm. Əslində, burada bir həqiqət var. Çünki hamımızın ömür qatarı son vaxtlar daha da sürətlənib. Dünən 50 yaşında olduğumuzu görür, bir müddət sonra fərqinə varırıq ki, 60 yaşa çatmışıq...
«Bu Vaqifdən o Vaqifi soruşma» adlı kitabda daha çox məhəbbət şeirlərinə rast gəlirik. Müəllif bəlkə də ömrünün bu yaşında dərd-səri unutmaq, həyatın çətinliklərindən bir az yüngülləşmək məqsədi ilə yeni kitabına demək olar ki, sırf sevgi şeirləri, lirik hislər yerləşdirib. Bu da alqışalayiqdir.
Nədəndirsə, adıçəkilən kitabda məni sevgi şeirlərindən daha çox həyatla, bu günlə səsləşən dünyəvi şeirlər çəkir. Bu, nə ilə bağlıdır, deyə bilmərəm, hər halda fikir məni göz qoyduğum misralardan ayırır, diqqətimi insanı məyusluğa sövq edən şeirlərə yönəldir. Məsələn:
Buludtək qaralıb dolmağa dəyməz,
Fikirdən, qüssədən solmağa dəyməz,
Bu fani dünyada qalmağa dəyməz,
Haqqın dərgahına çıxıb gedəsən...
***
Taleyim başıma sığal çəkməyir,
Taleyim başıma daş yağdırır, daş.
Dərdimi deməyə adam tapmıram,
Dərdimi mən kimə söyləyim, qardaş?
***
Kədər gəlib can evimi bürüyür,
Ömrüm-günüm dəmir kimi çürüyür,
Fələk məni yer altına sürüyür,
Gözəl günlər, gözəl çağlar, əlvida…
Doğrusu, bu kimi hislər mənim özümü də vahiməyə salır. Əslində, mən Vaqif İsaqoğlunun 65 illiyi münasibətilə daha şən sözlər yazmaq istəyirəm, lakin şairin bu tip şeirləri məni dərindən düşündürür, məyusedici anlar fikir buxovumu özünə tərəf çəkir. Mən Vaqif müəllimin yeni kitabından həm də bir məntiq hasil edirəm ki, insan gərək vaxtında özünün, ona məxsus həyatın qədrini-qiymətini bilə ki, illər sonra ah-vay etməyə. Hörmətli şair dostumuzun yeni kitabını oxuya-oxuya heç də elə düşünmürəm ki, Vaqif müəllim də indi ömürdən ah-vay edir, yox, o, sadəcə itirdiklərinə heyfislənir, gələcək nəslə bir mesaj verir. Bu mənada, yuxarıda nümunə kimi verdiyim misralar da elə misralardır ki, onları təhlil etməyə lüzum yoxdur; onlar həyat barədə hər şeyi aşkar ifadə edir.
Mən «Bu Vaqifdən o Vaqifi soruşma» adlı kitabla bağlı çox söz yaza, çox şey ifadə edə bilərdim. Ancaq yorğun anlar, kitabdakı dolu, məzmunlu həyat obrazları məni yaxşı mənada o qədər sıxır, o qədər əhatəsinə alır ki, canımı bu vəhşətin əlindən bu kiçik yazı ilə qurtarmağa çalışıram.
Yuxarıda qeyd etdiyim kimi şair dostum, eloğlum Vaqiv İsaqoğlunun 65 yaşı tamam olur. Özünün yazdığı kimi 65 dən boylanıb ötənlərə baxanda yaşadığı ömürdə bütün çalarlarını görmək olar. Günlərinin ağı da olub, qarası da, ürəyinin qapısını sevinc də döyüb, kədər də qəlbində səltənət qurub.
Vaqif İsaqoğlu yaşadığı ömrü kişi kimi yaşıyıb, təmannasız yaşıyıb, minnətsiz yaşıyıb, kimlərəsə boyun əymədən yaşayır, halal zhmətini gözünə, könlünə və yoluna çıraq eyləyir. Həmişə də bu işıqda yol getdiyindən heç vaxt yolunu azmayıb. Dosta vəfalı, sadiq bir insandı. Kindən, paxıllıqdan, özünəvurğunluqdan uzaq olub. Bu da həmişə onun başını uca, alnını açıq edib. Bütün bunların nəticəsidir ki, adı çəkiləndə dodaqlara xoş təbəssüm qonur. Hamı ondan məmnunluq hissi ilə danışır. Budur şairin 65 ildə qazandığı və sahib olduğu dəyərlər. Təbii ki, bu da hər bir insana, ələlxüsus da yaradıcı insana nəsib olmayan bir xoşbəxtlikdir.
65 illik yubileyin mübarək – gözəl insan, dəyərli dost, istedadlı şair, laiqli vətəndaş, əsl ziyalı – Vaqif İsaqoğlu ! Ulu Tanrıdan sənə sağlam cansağlığı, yaradıcılığında yeni-yeni uğurları, sevinc və səadət dolu illər arzulayıram.
65 il bir insan ömrüdür. Bu qədər vaxt geniş bir qütbü əhatə edir. Bir anlıq düşünək ki, hərəmizin diqqətindən bir insan ömrü keçib. Ancaq nə xoş ki, baxışlar eyni, çöhrələrdəki ilmə və naxışlar oxşardır. Bizə ən çox doğma gələn də elə budur. Deməli, həyat insanın əllərindən nəyi də alsa, surəti ala bilmir. Bu mənada, Vaqif müəllim də 65 il əvvəl özünü güzgüdə necə görmüşdüsə, indi də daxilən o surətdədir.
65 illik yubileyiniz münasibətilə sizi təbrik edirəm, Vaqif İsaqoğlu!
Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar