Xəbər lenti
Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Urmiya Konfransina etiraz məktubu
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları və Nizamişünaslıq şöbəsinin bütün elmi heyəti 2024-cü ilin fevral ayının sonunda İran İslam Respublikasının Urmiya Universitetində “İranın hikmət xəzinəsi - Nizami” adı altında keçirilən üzdəniraq konfransa qarşı öz açıq etirazlarını bildirirlər.
Konfransın təşkilatçı qurumları olan İranın Qərbi Azərbaycan üzrə Mədəniyyət İdarəsi və Urmiya Universiteti heç bir elmi əsası olmadan Nizami Gəncəvini mənsub olduğu Azərbaycan torpağından, şairin doğulduğu Gəncə şəhərindən ayıraraq, süni şəkildə İrana bağlamağa cəhd etmişlər. Həmin qurumlar elmi etikaya əməl etmədən, Azərbaycan və İran xalqları arasında əsrlərlə mövcud olan siyasi-ictimai və elmi-ədəbi əlaqələri nəzərə almamış və dostluq və qonşuluq münasibətlərinə bilərəkdən xələl gətirmişlər.
Təşkitatçılar XII əsrdən başlayaraq, əsrlər boyunca təxəllüsü və nisbəsi dünyada - Nizami Gəncəvi - olaraq tanınan məşhur Azərbaycan şairinin haqqını pozmuş və bununla da Beynəlxalq müəlliflik hüququnun qorunması qanunlarına zidd hərəkət etmişlər.
Nizami Gəncəvi əsərlərində həm öz adını, həm də doğulduğu qədim Azərbaycan şəhəri olan Gəncənin adını əbədi yaşatmışdır və nəslini-nəcabətini Gəncədən ayrı təsəvvür etməmişdir. Orta əsrlər boyu Nizami Gəncəvinin “Xəmsə” mövzularını davam etdirən tanınmış Şərq müəllifləri də onu “Gəncəli ustad”, “Gəncə xəzinadarı” və “Gəncənin söz sehrkarı” adlandırmışlar.
Tədqiqatlar sübut etmişdir ki, Nizami Gəncəvi ömrü boyu Gəncədə yaşamış, onun atası Yusif kişi, babası Zəki Müəyyəddin də Gəncədə doğulmuş, burada da yaşamışlar. Hazırda da Gəncə şəhərində Nizami Gəncəvinin nəslinə mənsub olan mülklər və başqa tikililər vardır. Nizami Gəncəvinin özünün və onun atasının, anasının qəbirləri də Gəncə şəhərindədir.
İran mətbuatında verilən məlumatlardan konfrans iştirakçılarının məkrli niyyətləri açıq-aydın görünməkdədir. Məsələn, İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru deyib: “Nizami Gəncəvi İran mədəniyyətinə aiddir və İran milli kimliyinin dirçəldilməsinə xüsusi diqqət yetirilməlidir”. Sual olunur: İran özünün fars milli kimliyini Ənvəri, Gürgani, Firdovsi, Sənai, Sədi, Hafiz kimi onlarla dünyaşöhrətli şairlərilə dirçəldə bilmirmi? Bunun üçün Azərbaycan türkü olan və Türk milli kimliyini dünyaya car çəkən Nizami Gəncəvinin mənşəyini süni şəkildə təhrif etməkmi lazımdır? Əgər onlar dil faktorunu əsas gətirirlərsə, XI əsrdən başlayaraq hind, əfqan, özbək və türk şairləri də öz əsərlərini dünyaya yaymaq məqsədilə həmin dövrün ədəbi ənənəsinə uyğun olaraq saray dili olan fars-dəri dilində yazmışlar. Bu o demək deyildir ki, Nizami Gəncəvi türkcə əsərlər yazmamışdır. Nizami Gəncəvinin, onun müasirlərinin və ardıcıllarının doğma ana dilində yazdıqları şeirlər məqsədli şəkildə gizlədilmiş və ya məhv edilmişdir. Dahi Nizami Gəncəvi türk dilində əsərlər yazdığını açıq-aşkar bəyan edərək yazmışdır:
Torkiyəm ra dər in həbəş nə xərənd
Lacərəm, doğba-ye xoş nə xorənd
(Mənim türkcəmi bu Həbəşdə almırlar, Lacərəm, xoş dovğanı yemirlər).
Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında Şirvanşah hökmdarı Axsitana verdiyi kəskin cavab da onun türkcə əsərlər yazdığını aydın şəkildə nümayiş etdirir. Şərqin müxtəlif ölkələrinin kitabxanalarında Nizami Gəncəviyə aid olan türkcə şeirlər vardır. Azərbaycan alimləri artıq bu qəbildən olan qiymətli əlyazmaları əldə ediblər.
İran rəsmilərindən və elm adamlarından fərqli olaraq, görün, orta əsrlərdə türk hökmdarları necə bir yüksək bəşəri dünyagörüşlü şəxsiyyətlər olmuşlar ki, onlar başçılıq etdikləri ərazilərdə dil siyasəti aparmamışlar. Türk Samanoğullarının dövründə Rudəkinin fars dilində yazdığı poeziyanın gözəlliyini sonrakı hökmdarlar əsrlərlə qorumuşlar. Onlar xəyallarına belə gətirməmişlər ki, zaman gələcək, fars dilli poeziya siyasət oyunçularının əlində süni bir alətə çevriləcəkdir. Yazıqlar olsun, bu gün dil problemini siyasiləşdirən, “fars dilində yazıbsa, mənimdir”, - deyərək milli təfriqə salmağa can atan aciz oyunçulara! Orta əsrlərdə Avropada yaşayıb-yaradan çoxsaylı şairlərin və yazıçıların əsərlərini latın dilində yazmaları, yaxud keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaları təmsil edən müxtəlif millətlərə mənsub olan sənətkarların bədii əsərlərini rus dilində yazmaları heç bir əsas vermir ki, onların milli kimliyi danılsın.
İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru Əlirza Novruzinin konfransın bağlanışında “Nizami Gəncəvi İran mədəniyyətinə aiddir və biz qayğı göstərməsək, mədəniyyətimiz əlimizdən alınacaq” - söyləməsi hiddət və təəccüb doğurur. Ona üzümüzü tutub deyirik: “Nizami Gəncəvi də, onun doğma Gəncə şəhəri də Azərbaycanın göz bəbəyidir”. Artıq bütün dünya yaxşı bilir ki, Nizami Gəncəvi böyük Azərbaycan şairidir.
Ona görə də süni şəkildə Nizami Gəncəvinin milli kimliyi haqqında yanlış məlumatlar yaymaq İran İslam Respublikası ilə aramızda mövcud olan çoxəsrlik elmi-ədəbi və mədəni əlaqələrimizə zərbə vurmaqdan başqa bir şey deyildir.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI
AMEA-nın müxbir üzvü NÜŞABƏ ARASLI
Filologiya elmləri doktoru, professor İMAMVERDİ HƏMİDOV
Filologiya elmləri doktoru FƏRİDƏ ƏZİZOVA
Filologiya elmləri doktoru ATAƏMİ MİRZƏYEV
Filologiya elmləri doktoru ALMAZ BİNNƏTOVA
Filologiya elmləri doktoru XURAMAN HÜMMƏTOVA
Filologiya elmləri doktoru ÜLKƏR MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent ÇİNGİZ SASANİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent ZƏHRA ALLAHVERDİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent AYGÜN BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent YELENA TEYER
Filologiya üzrə fəlsəfə doktoru, dosent TƏHMİNƏ BƏDƏLOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent GÜLÇİN BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent LEYLİ ƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent KÖNÜL HACIYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent ZƏKULLA BAYRAMLI
Elmi işçi HÜRNİSƏ BƏŞİROVA
Elmi işçi SAMİRƏ ƏLİYEVA
Elmi işçi MƏSUMƏ NURİYEVA
Elmi işçi LALƏ PAŞAYEVA
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar