Xəbər lenti
"Sıradan olan hadisəni məktəblə, müəllimlə əlaqələndirməklə nəyə nail oluruq?” - Nadir İsrafilovdan ETİRAZ
"Axı, nə vaxta qədər valideyn baş verən proseslərdə məsuliyyətdən kənarda qalacaq, ittihamçı qismində çıxış edəcək? “İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır”, “Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar”, “Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz” və s. və i.a. Deməli, valideynlər uşağın ilk tərbiyəçiləridir".
Manevr.az bildirir ki, bu sözləri redaktor.az-a-a təhsil eksperti Nadir İsrafilov deyib.
O deyib ki, pedaqogika elmində tərbiyə məsələlərinin bir sistem halına gətirilməsində böyük əmək sərf etmiş J.J.Russo, İ.H.Pestalotsi, A.Disterveq, R.Ouen, Y.A.Komenski kimi bir çox fikir adamları, maarifçılər bu sistemdə ailənin, xüsusən də ananın rolunu yüksək qiymətləndiriblər:
"Məsələn, fransız maarifçisi J.J.Russo tərbiyə haqqında yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” qənaətinə gəlmişdir. Bundan çox sonralar məşhur türk yazarı Namiq Kamal “Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir” deyərək, uşağın həyatında ananın roluna yüksək əhəmiyyət verib. Con Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Psixoloji tədqiqatlar göstərir ki, ən düzgün tərbiyə demokratik rəhbərlik üsulu müasir ailədə valideyn nüfuzunun möhkəmlənməsi baxımından əlverişlidir. Pedaqogikanı, psixologiyanı, maarifçiləri və digər fikir adamlarınının dediklərini bir kənara qoysaq belə, dinimiz, peyğəmbərimiz də deyir ki, “Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.” Elə isə, sıradan olan hə hansı bir hadisəni məktəblə, müəllimlə əlaqələndirməkdə məqsədimiz nədir, bununla nəyə nail oluruq...? Axı, nə vaxta qədər valideyn baş verən proseslərdə məsuliyyətdən kənarda qalacaq, daim ittihamçı qismində çıxış edəcək…?"
N.İsrafilov əlavə edib ki, heç kəsə sirr deyil ki, bəzi valideynlər öhdəsindən gələ bilmədiyi övladıını məktəbə başdan etmək üçün göndərir, məktəbə bir növ saxlama kamerası kimi baxır:
""Getsin, təki mənim başım dinc olsun" kimi düşünən valideynlər az deyil. Təəssüf ki, bu gün uşağın tərbiyəsində valideyn məsuliyyəti yetərli deyil. Halbuki dünyanın əksər aparıcı ölkələrində valideyn məsuliyyəti müvafiq Qnunvericiliklə tənzimlənir. Ümumiyyətlə, tərbiyə işinin ailədən başlaması danılmaz bir faktdır. Ailə tərbiyəsini uşaq beşikdən görməlidir deyimi də əbəsdən yaranmayıb. Məktəb ilkin tərbiyə müəssisəsi deyil, tərbiyəni inkişaf etdirən və formalaşdıran təlim-tərbiyə ocağıdır. Məsuliyyət şagird-valideyn-müəllim arasında bərabər paylaşılmayacaqsa, xoşagəlməz halların baş verməsi də qaçılmaz olacaq. Bir valideyn bir övladının öhdəsindən gələ bilmirsə, məktəb yüzlərlə, minlərlə uşağın öhdəsindən necə gəlsin?! Hansı qanunda yazılıb ki, məktəbdənkənar, məhəlli xarakterli hadisələrə də məktəb cavabdehlik daşıyır? 2023-cü ildə IX sinifdən məzun olmuş bir qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib, bir aydan sonra onu görüntüləmək, 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğu kimi təqdim edərək, məktəbin adını hallandırmaq hansı məqsədlərdən irəli gəlirdi? Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Bir də ki, hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə məktəb fonunda ümumiləşdirilməsi görəsən hansı məntiqidən irəli gəlir? Nə demək olar, onu da bilmək olmaz ki, bəlkə də bu sosial sifariş olub, müəyyən qüvvələr tərəfindən ortalığa atılan bir oyundur. Baxmayaraq ki, bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünməliyik.
Bir müddən əvvəl də ailə-məişət zəmnində baş verən qətl hadisəsi məktəblə, onun direktoru ilə əlaqələndirildi, nə var, nə var qətlə yetirilən 5 aılə üzvündən biri Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Əsas və son dərəcə ciddi məqamlar bir kənarda qaldı, “Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş”, “Məktəb direktoru oğlu tərəfindən qətlə yetirildi”, “Əri və övladı ilə birgə qətlə yetirilən məktəb direktoru” , “Bakıda məktəb direktoru ailəsi ilə birgə qətlə yetirilib”, “Oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi. Halbuki bu ağır cinayət hadisəsinin məktəblə, məktəbin direktorunun peşə bağlılığı ilə heç bir əlaqəsi yox idi. Əgər var idisə belə, elə ata da vəzifə mənsubu, səlahiyyətlisi idi. Gəlin məktəbin üzərinə bu dərəcədə getməyək, axı biz də bir vaxtlar məktəb məzunu olmuşuq... O ki, qaldı konkret fakt üzrə səbəb və nəticəyə yəqin ki, məsələyə istər mənəvi, istərsə də hüquqi qiymət veriləcək",- deyə ekspert bildirib.
Qeyd edək ki, Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar