Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dost dar gündə tanınar - Serbiyadan yanındayıq mesajı

Tarix: 06-02-2024 19:40     Baxış: 4237 A- / A+



Uzun müddətdir ki, Azərbaycan ilə AŞPA arasında gərginləşən münasibətlərin pik həddə çataraq Bakının səbr kasasını daşırması, nümayəndə heyətimizin AŞPA-nı tərk etdiyini bildirməsi barədə bundan əvvəlki yazılarda qeyd etmişdik. 
Azərbaycan qarabağlı ermənilərin separatizminə son qoyub, 44 günlük İkinci Qarabağ müharibəsi və sonra da lokal antiterror tədbirləri vasitəsilə ərazi bütövlüyü ilə suverenliyini bərpa edib. Ukrayna, Moldova və Gürcüstan isə hələ də separatizmlə bağlı çox ağır problemlər yaşamaqdadır. AŞPA heç bir regional münaqişənin, o cümlədən Qarabağ, Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və hətta Ukraynada davam edən müharibənin həllinə konstruktiv və müsbət təsir göstərməyib. Lakin, buna baxmayaraq Ukrayna, Gürcüstan, Moldova və Macarıstanın nümayəndə heyətləri səsvermədə iştirakdan boyun qaçırıb. 
Səsvermədə iştirak etməyən ölkələrdən biri də Serbiya idi. Hansı ki, sonradan Azərbaycanla bağlı AŞPA-ya müraciət edib. Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
"Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.
Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.

Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır", - müraciətdə qeyd olunub. Müraciəti Bilyana Pantiç Pilya,Dubravka Filipovski, Elvira Kovaks, Dunya Simonoviç Bratiç, Stefan Yovanoviç, Yelena Zariç Kovaçeviç, Aleksandar Markoviç imzalayıb. 
Ukrayna, Gürcüstandan fərqli olaraq Serbiyanın belə davranışı onun dostluq mövqeyini bir daha ortaya qoyur. Qətnaməyə Serbiya Respublikasının etiraz etməsi gözlənilən idi. Səbəb oxşar taledir. Azərbaycan kimi Qərbin təzyiqləri ilə üzləşən Serbiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz var. Prezident İlham Əliyevin də dediyi kimi dost ölkə və etibarlı tərəfdaş olan Serbiya ilə əlaqələr Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
AŞPA ilə bağlı məsələmizə gəldikdə isə onsuz da münasibətlər yaxşı deyildi. Son illər ərzində demək olar ki, ayda bir-iki dəfə bu qurum anti-Azərbaycan mövqeyini üzə çıxarırdı. Daha çox məşvərətçi funksiyası daşıyan AŞPA-nın Bakı ilə bağlı qərarının Azərbaycana ciddi təsiri də olmayacaq. Bu strukturun Azərbaycana təzyiq cəhdləri indiyə qədər hər hansı bir nəticə vermədiyi kimi, bundan sonra da effektsiz olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar