Xəbər lenti
Heydər Əliyev: “Siz gedin, mən də gələcəyəm” -ŞƏKİLLƏR
2023 – Heydər Əliyev ili
Azərbaycanın məşhur taxılçısı, Sosialist Əməyi Qəhrəmanı Baba Səmədov 31 il əvvəl – 1992-ci ilin noyabrında Şəkidən Naxçıvana gedərək, orada Ulu öndərlə görüşmüş, YAP-n təsis konfransında iştirak etmişdi Şəkinin Turan-Sarıca çöllərinin bahadırı olan Baba Səmədovun əməyi Ulu öndər Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmiş, əmək adamı kimi o, daim respublika rəhbərinin diqqət və qayğısını görmüşdür. SSRİ-Almaniya müharibəsinin başa çatdığı 1945-ci ildən - 11 yaşından işləməyə başlayan Baba Səmədovun taxılçılıq sahəsində böyük, fədakar əməyi ilk dəfə məhz Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir. Ulu öndər 1969-cu ildə ilk dəfə Azərbaycan hakimiyyətinə gəldikdən cəmi 3 il sonra - 1972-ci ildə o, sovetlərin ən yüksək ordeni olan Lenin ordeni ilə təltif edilmişdir. 1975-ci ildən başlayaraq isə Baba Səmədov üç dəfə ardıcıl olaraq Azərbaycan Ali Sovetinin, sonralar həm də SSRİ Ali Sovetinin deputatı, Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, Moskva qurultaylarına nümayəndə seçilmiş, 1978-ci ildə isə taxılçılıq sahəsində əldə etdiyi xüsusilə yüksək nailiyyətlərə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdü. Azərbaycanın adlı-sanlı əmək adamı kimi onun taleyinə Bakıda və Moskvada keçirilən müxtəlif rəsmi tədbirlərdə - ali məclis və qurultaylarda Heydər Əliyevlə görüşmək, yaxın təmasda olmaq da düşmüşdü. Məşhur kombaynçı-mexanizator Baba Səmədov bu gün də Ulu öndəri ehtiramla, minnətdarlıqla, məhəbbətlə yad edir. Onun Heydər Əliyevi görmək, ona dəstək olmaq üçün respublikanın ictimai-siyasi baxımdan ağır dövründə - 1992-ci ilin noyabrında Naxçıvana getməsi, Yeni Azərbaycan Partiyasının təsis konfransında fəal iştirakı ilə bağlı söylədikləri Ulu öndərə böyük sevginin, onun vətənpərvərlik ideyalarına sədaqətin nümunəsidir. Baba dayı deyir:
-Ağır, çaxnaşıqlı dövr - 1992-ci ilin noyabr ayı idi. Cəmi bir il idi ki, müstəqillik əldə etmiş respublikamız Şuşanın işğalının kədərini yaşamaqla yanaşı “Xalq cəbhəsi”nin hakimiyyətə gəlişi ilə ölkəmizdə baş qaldırmış hərc- mərcliyə, özbaşınalıqlara əsir olmuşdu. Ölkənin yeni, siyasi təcrübəsi kifayət qədər olmayan prezidenti Əbülfəz Elçibəyin mülayim xarakterindən istifadə edənlərin qılıncının asıb-kəsən vaxtı idi. Əhali arasında sabaha ümidsizlik, qeyri-müəyyənlik hökm sürürdü. Belə bir vaxtda xalqımızın yeganə ümidi dünya şöhrətli siyasətçimiz Heydər Əliyev idi. Hamı onun hakimiyyətə gəlişini arzulasa da, Moskvada 5 illik yüksək rəhbər vəzifəsindən sonra onun Azərbaycana qayıtmasına qadağa qoyulmuşdu. Lakin 1991-ci ilin sentyabrında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi onun tezliklə respublika hakimiyyətinə gələcəyinə böyük ümidlər oyatmışdı. Ancaq adı “cəbhəçilər” olan, özləri isə müharibənin davam etdiyi əsl cəbhədən çox uzaq olan yeni hakimiyyət xalqın Heydər Əliyevlə əlaqə yaratmasına mane olur, Naxçıvanı sərt blokadada saxlamağa çalışırdı. Lakin xalqımızın o dahi, müdrik rəhbərə məhəbbəti və inamı o qədər böyük idi ki, yerlərdə hələ rəsmi olaraq təsis olunmamış Heydər Əliyev partiyasının - Yeni Azərbaycan partiyasının özəkləri yaradılırdı. Biz də - bir-neçə yaxın yoldaş Şəkinin Turan qəsəbəsində gizli olaraq partiyanın Şəki, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən ilk təşkilatını yaratmışdıq. Və günlərin bir günü əslən bizim qəsəbədən olan, o zaman Kənd Təsərrüfatı Nazirliyində işləyən Eldar Əliyev bizə gəlib sakitcə bildirdi ki, Baba dayı, hazırlaş, sabah Naxçıvana, Heydər Əliyevlə görüşə gedirik, ancaq bu iş məxfidir, heç kəs bilməsin. O, hər birimiz üçün qabaqcadan Bakı müəssisələrindən birində Naxçıvan Konserv zavoduna ezamiyyət sənədlərimizi də hazırlatmışdı. Səhər pasportlarımızı da götürüb, üç yoldaş – mən, Eldar və ilk təşkilatımızın sədri, məktəbimizin müəllimi Tehran müəllim Bakıya yola düşdük. Gecəni Eldargildə qalıb, səhər alaqaranlıqda getdik Binə Aeroportuna. Orda Tehran müəllim sənədlərimizi götürüb getdi ki, bilet alsın, lakin tez də qayıtmalı oldu. Dedi ki, OMON qoymur, icazə vermir Naxçıvana getməyimizə. Nə edəcəyimizi bilmədik. Birdən ağlıma Sosialist Əməyi Qəhrəmanı imtiyazından istifadə etmək gəldi. Ancaq sovetdənqalma bu titula omonçular tərəfindən nə cür münasibət göstəriləcəyini bilməsəm də, Tehran müəllimdən sənədləri alıb, “Qəhrəman vəsiqəsi”ni də ora əlavə edib, yaxınlaşdım onlara. Baxdılar ki, həmin sənədlərdir, ancaq “Qızıl ulduz” vəsiqəsi əlavə olunub, bir az döyükdülər. Əllərində Kalaşnikov avtomatlarını sanki döyüşə hazır vəziyyətdə tutub soruşdular ki, Naxçıvanda nə işiniz var, nəyə gedirsiniz? Dedim ki, ezamiyyətə gedirik. Düzü, daha soruşmadılar ki, ilin-günün bu vaxtı Naxçıvana nə ezamiyyət? Əslində, yəqin ki, belə şeylərdən başları çıxmazdı, cavan idilər. Ancaq soruşsaydılar, bilməyəcəkdim ki, konserv zavodunda nə işimiz var. Sənədlərə bir də ötəri baxıb, geri qaytardılar və avtomat əllərində kassirə tapşırdılar ki, verin bunlara biletlərini. Beləliklə, özüm də inanmadan “qəhrəmanlıq vəsiqəsi” burda karımıza gəldi.
...Təyyarəmiz Naxçıvan aeroportunda yerə endikdən sonra təyyarədən düşəndə gördük ki, trapın sağında, solunda əli avtomatlı iki OMONçu da burda dayanıb. Hamının pasportlarını yoxlayıb, bir-bir qaytarsalar da, bizimkiləri qaytarmadılar. Trapdan aşağı enəndə bizi indiki deputatımız, Heydər Əliyevin o vaxtkı köməkçisi Eldar İbrahimov qarşıladı. Məsələni bilib, dedi ki, narahat olmayın, indi pasportlarınızı komandirdən alıb qaytararam sizə. Və pasportları geri aldıqdan sonra o, bizi avtobusla yola saldı. Naxçıvana çatanda Eldar İbrahimov bizim qayğımıza qalaraq, qonaqpərvərliklə mehmanxanada yerləşdirdi, sonra da nahara qonaq elədi.
Biz Heydər Əliyevlə görüşməyə tələsirdik. Ancaq Eldar İbrahimov dedi ki, gecə saat 11-dir, indi Heydər müəllim Türkiyədən və İrandan gəlmiş yüksək səviyyəli qonaqlarladır, ona görə də bəlkə sizi bu axşam qəbul etməyə vaxtı olmayacaq.
Artıq qışın soyuqları başlamışdı, mehmanxanadakı yerimiz də çox soyuq idi. Ona görə də yol yoldaşımız Eldar Əliyev təklif etdi ki, onun qaynıgilə gedək. Orda bizi çox yaxşı, hörmətlə qarşıladılar və gecəni orda qalmalı olduq.
Səhər məlum oldu ki, Heydər Əliyev Naxçıvan Milli Məclisinin sədri kimi xarici qonaqları yola saldıqdan sonra onun qəbulunu gözləyənləri də gecə saat 3-ə kimi qəbul edibmiş. Mən onunla üzbəüz görüşmək fürsətini əldən verdiyimizə görə çox peşman oldum. Ancaq Əli Nağıyev dedi ki, narahat olmayın, sizi görüşdürəcəyəm.
Təsis konfransının keçirildiyi Naxçıvan Mədəniyyət sarayına toplaşdıq. YAP-ın məqsəd və məramı haqqında danışıldıqdan sonra partiyanın nizamnamə və proqramı oxundu, təkliflər verildi, bəzi düzəlişlər edildi. Heydər Əliyev konfrans iştirakçılarının gur alqışları atinda tribunaya yaxınlaşaraq, Azərbaycanın bugünü və sabahı ilə bağlı nikbinlik doğuran çox məzmunlu, maraqlı çıxış etdi. Hamı onun çıxışının təsiri altında söz demək, fikir bildirmək istəyirdi. Heydər Əliyev hamını diqqətlə dinləyir, onun respublika rəhbərliyinə qaytmasını arzu edənlərə təşəkkürünü bidirirdi. Çıxış edənlərin çox olduğunu, yığıncağın uzandığını, artıq 5 saata qədər davam etdiyini görən Heydər Əliyev təklif etdi ki, çıxışlar dayandırılsın. Əli Nağıyev səhnənin ortasından o böyük şəxsiyyətə müraciət edib xahiş etdi ki, mümkünsə, Şəkidən gələn hörmətli qonağımız Baba Səmədova da söz verilsin. Heydər Əliyev nüfuzedici baxışları ilə məni ilk sırada tapıb, gülümsündü və dedi ki, “əlbəttə, Baba kişini hökmən dinləməliyik, buyursun”. Lakin mən paltomu çıxardıb (blokada şəraitndə olan Naxçıvanda, əlbəttə ki, zal çox soyuq idi), səhnəyə qalxana kimi bir nəfər faraş tərpənib, özünü cəld qabağa ataraq, tribunaya yaxınlaşdı. Ulu öndər o qədər demokratik, diqqətli, qayğıkeş insan idi ki, ona mane olmadı, dedi ki, qoy o da çıxış etsin. Ondan sonra mən səhnəyə qalxdım. Heydər Əliyevi çoxdan idi ki görmədiyimdən ilk olaraq ona yaxınlaşıb, ehtiramla salamlaşıb görüşdüm, sonra tribunaya keçdim. Dedim ki, hörmətli konfrans iştirakçıları, hamınıza məlumdur ki, hazırda Azərbaycanda vəziyyət nə yerdədir. Ölkəmizin üstünü hər yerdən qara buludlar alıb. Bunları görürük, ancaq daxildən üstümüzə yeriyən qara buludlar da var ki, onları aydın görə bilmirik, ancaq onlar da çox təhlükəlidir. Azərbaycanı bu ağır vəziyyətdən çıxartmaq üçün bizə yalnız müdrik ağsaqqalımız, dünya şöhrətli siyasətçimiz Heydər Əliyev lazımdır, ayrı cür mümkün deyil. Yoxsa, indiki vəziyyətdə Azərbaycan yox ola bilər. Və üzümü zala tutub dedim ki, bilirsiniz nə var? Siz elə bilərsiniz ki, mən Naxçıvanın özündənəm, ya Naxçıvanın hansısa rayonundan gəlmişəm. Xeyr, mən öz dəstəmizlə Azərbaycanımızın Şəki rayonundan gəlmişəm. Baxın, görün vəziyyət nə yerdədir ki, biz Şəkidən Bakıya, ordan da yüzlərlə kilometr qət edib, Naxçıvana gəlmişik ki, bu çətin günlərdə Heydər Əliyevə dəstək olaq, onu Azərbaycan rəhbərliyinə dəvət etdiyimizi, ağır iqtisadi-siyasi vəziyyətə düçar olmuş ölkəmizi xilaskar kimi yalnız ona etibar etdiyimizi bildirək.
Bunu deyəndə hamı çoxlu əl çaldı. Və mən bununla çıxışımı tamamlayıb, tribunadan düşdüm. Sonra Əli Nağıyev YAP-ın siyasi surasına seçilənlərin adlarını oxudu. Gördüm ki, mən də o siyahıya düşmüşəm. Bunu isə yəqin ki Ulu öndər özü məsləhət bilmişdi.
Konfrans işini başa çatdırdıqdan sonra YAP-ın sədri Heydər Əiyev başda olmaqla durub piyada getdik Naxçıvanın şəhidlər xiyabanına. Artıq gecə, qaranlıq idi. Vətən yolunda şəhid olmuş igidlərimizi ziyarət edib, ruhlarına dualar oxuyub, geri qayıtdıq. Hamı yenidən Naxçıvan Ali Məclisinin binasına toplandı. Əslində ora ancaq YAP siyasi şurasının üzvlri yığılmalıydı, ancaq Ulu öndər el atası kimi burda da böyüklük, ağsaqqallıq edərək dedi ki, hamı gəlsin, çünki burda hamı qonaqdır. Heydər Əliyev rəyasət heyətindən üzünü konfrans iştirakçılarına tutub, uzaqdan-yaxından gəlmiş hamıya təşəkkürünü bildirdi və bizə məsləhətlərini verdi. Dedi ki, “yerlərdə adamları partiyaya qəbul edin, ancaq könüllülük prinsipinə əməl edilsin. Kimisə partiyaya keçməyə məcbur etməyin, zorla ərizə yazdırmayın. Və kim sonradan fikrini dəyişib, partiyadan çıxmaq istəyərsə, qətiyyən təzyiq göstərməyin, qoy çıxsın. Partiya üzvlük haqqını kim vermirsə və ya verə bilmirsə, eybi yoxdur, məcbur etməyin. Yəni camaatla belə, mehriban rəftarlıq eləyin”.
Bu arada zalın qapısı döyüldü, Naxçıvan aeroportunun rəisi icazə alıb, içəri keçdi. Dedi ki, yoldaş Əliyev, Bakıya uçmalı olan təyyarəni saxlamışıq ki, bəlkə qonaqlardan Bakıya qayıtmaq istəyənlər var. Sərnişinlər uçuşun gecikməsindən narahatdırlar. Ona görə gəldim ki, getmək istəyən varsa, sizin icazənizlə buyursunlar, gedək.
Heydər Əliyev ayağa qalxıb, üzünü tədbir iştirakçılarına tutub dedi:
-Ay hörmətli yoldaşlar, bilirsiniz ki, xalqımızın çox gözəl bir adəti var – heç vaxt qonağa “get” demək olmaz. Ona görə də kim qalmaq istətirsə, əlbəttə, qalsın, gedənlərə isə uğurlu yol, uğurlu fəaliyyət arzulayırıq.
Odur ki, biz – üç nəfər Şəki nümayəndəsi ayağa qaxdıq, xudahafizləşmək üçün Heydər Əliyevə yaxınlaşdıq. O, mənimlə səmimi görüşüb-öpüşüb dedi ki, çox sağ olun ki, bu çətin məqamda Şəkidən durub Naxçıvana gəlmisiniz. Dedi ki, möhkəm olmaq lazımdır. Və mən cavab verdim ki, yoldaş Əliyev, nə qədər ki Siz varsınız, biz həmişə möhkəm olacağıq. Ayrılarkən bir də qucaqlaşdıq və astaca qulağıma pıçıldadı: “siz gedin, mən də gələcəyəm!”.
Dediyi kimi də oldu. 7 aydan sonra – 1993-cü ilin 15 iyununda o böyük şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev Bakıya Azərbaycanımızın qüdrətli və qətiyyətli, müdrik xilaskarı kimi qayıtdı. Odur ki, xalqımızın bu dahi oğlunun əziz və nurlu xatirəsi qədirbilən xalqımızın qəlbində daim, hər zaman yaşayacaq.
Söhbəti qələmə aldı:
Rəhman ORXAN, Əməkdar jurnalist.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar