Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Tarix: 28-04-2020 23:10     Baxış: 4613 A- / A+
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) onlayn iclasını açan şuranın məsul katibi fəlsəfə doktoru İlqar Orucov COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış reallığa müvafiq olaraq məsafədən müzakirənin təşkil edilməsini və cəmiyyəti narahat edən təhsil məsələləri ilə bağlı İŞ-nın mövqeyini ictimaiyyətə çatdırmağın vacibliyini diqqətə çatdırdı.

Xüsusilə insanları narahat edən başlıca məqam koronavirusla əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı və eləcə də növbəti mərhələdə karantin rejiminin tətbiqi ilə ənənəvi təhsildə yaranmış fasilə, bununla bağlı məsafədən təhsilə start verilməsi zamanı yaranan problemlərdir. Belə ki, Təhsil Nazirliyinin “Dərs vaxtı” və “Virtual məktəb” layihələrinin tədrisdə yaranmış boşluğun aradan qaldırılması üçün atılmış çevik addımları təqdir etməklə yanaşı, təhsil alanların məsafədən təhsili zamanı ənənəvi qiymətləndirmənin keçirilə bilinməməsi yaxın perspektivdə baş tutacaq imtahanlarda öz mənfi təsirini göstərə bilər. Beləliklə, koronavirus təhlükəsinin yaratdığı psixoloji gərginlik abituruyentlərdə və onların valideynlərində də əlavə narahatçılıq yaratmışdır. Məsələ ilə bağlı şura sədri professor Şahlar Əsgərov, üzvlər – professor Hikmət Əlizadə, professor Mayis Əliyev, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə, əməkdar müəllim Asif Cahangirov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək münasibətlərini ifadə etdilər.
Bununla bağlı Şura üzvləri həm yaxın, həm də uzaq perspektiv üçün aşağıdakı təkliflərlə çıxış edir:

1.DİM-nin bu ilki buraxılış və qəbul, eləcə də ali təhsil müəssisələri (ATM) semestr imtahanlarında mart ayından tədris ilinin sonunadək olan dövrü əhatə edən mövzulara dair sualların çətinlik dərəcəsində dəyişiklik edilməsi və ya bu mövzuların imtahan sualları sırasına ümumiyyətlə daxil edilməməsi;

2.Ümumi təhsilin dövlət standartlarında və onun əsasında tərtib edilmiş tədris proqramlarında yer almamış istənilən mövzunun (o cümlədən, koronavirusla bağlı mövzunun) imtahan suallarına daxil edilməməsi;

3.Növbəti illərdə ölkəmizdə həyata keçirilən imtahanların format və məzmununda zəruri hesab edilən təkmilləşdirmələrin DİM, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə birgə müzakirəsinin təşkili;

4.Bununla yanaşı, ölkədə qəbul edilmiş yeni məşğulluq strategiyasına uyğun olaraq ATM-lərin təhsil proqramlarının və qiymətləndirməyə yanaşmalarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün fəaliyyət planın qəbul və icra edilməsi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar