Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin işi asanlaşacaq - Kurikulumda YENİLİK

Tarix: 19-11-2026 14:38     Baxış: 331 A- / A+
Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumuna müəllimlər üçün qiymətləndirməyə dair istiqamətlər və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr əlavə edilib.
Manevr.az  xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
Onun sözlərinə görə, əvvəlki kurikulumdan fərqli olaraq, yeni sənəddə tədris məzmunu üç sütunda təqdim edilir:
“Birinci sütunda altstandartlar göstərilir. İkinci sütunda zəruri hallarda həmin standartların izahı verilir ki, məzmun daha düzgün anlaşılsın. Üçüncü sütunda isə mövzunun şagirdlərə daha yaxşı mənimsədilməsi üçün sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr təqdim olunur. Altstandartları daha konkret və ölçülə bilən formada hazırlamağa çalışmışıq. Çünki standartların əsas məqsədlərindən biri müəllimlərin şagirdlərin bilik və bacarıqlarını daha rahat qiymətləndirməsinə imkan yaratmaqdır. Əvvəlki kurikulumlarda qiymətləndirməyə dair ayrıca hissə yox idi, yeni sənəddə isə bu istiqamətdə müəyyən tövsiyələr əlavə olunub”.
M.Məhərrəmov bildirib ki, kurikulumun əsas məqsədi müəllimlərə pedaqoji metodikanı yenidən öyrətmək deyil, onlara tədris prosesinin təşkili üçün istiqamət verməkdir.
O qeyd edib ki, sənədin həcmi də optimallaşdırılıb, bəzi bölmələr, o cümlədən əvvəlki inteqrasiya cədvəli çıxarılıb.
Şöbə müdiri vurğulayıb ki, fənlərarası inteqrasiya müəllimin bilik və bacarığından, dünyagörüşündən və dərs zamanı çevik qərarvermə qabiliyyətindən asılı olaraq təbii şəkildə həyata keçirilməlidir (Azərbaycan müəllimi).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar