Xəbər lenti
Pedaqoqdan repetitorluğa gedən uzun yol…

(Fridrix Nitsşe)
Sən demə, “pedaqoq” sözü (paidagogos – pais, paidos – uşaq və ago – yönəldirəm) qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər. Sonralar hər şeyi hamıya öyrətmək sənəti kimi meydana çıxan, yunanca “didakticos” (öyrədən) və “didasko” (öyrənən) sözlərindən götürülmüş didaktikanın inkişafı nəticəsində Yan Amos Komenski elmlər sistemini yaratmaq ideyasını irəli sürdü.
Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək deyil, eyni zamanda necə öyrətmək və öyrənmək, həmçinin təlimin prinsiplərinin və qaydalarının müəyyənləşdirilməsinin, təlimin təşkilinin əsaslarını (tədris ili, tətillər, tədris ilinin rüblərə bölünməsi, şagirdlərin eyni vaхtda məktəbə qəbulu, sinif-dərs sistemi, məktəblilərin biliklərinin hesaba alınması və qiymətləndirilməsi, tədris gününün davametmə müddəti və s. əsasını qoydu.
Müasir dövrümüzdə “pedaqoq”lar (evdə dərs deyənlər) öz keçmişlərinə qayıdaraq “repetitor”lara - evdə fərdi qaydada qeyri-rəsmi fəaliyyətlə məşğul olan peşə sahiblərinə çevriliblər. Nə demək olar... Jan Pol Sartr öz proqnozunda haqlı imiş: “Hər indiki zamanın onu işıqlandıran və onunla birlikdə yoxa çıxan gələcək zamanı vardır ki, keçmiş-gələcək.”
Belə-belə işlər... Əbu Turxanın sözü olmasın, “Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş”. Digər müdriklıər “Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır” ; “İnsan gələcəyə öz keçmişinin çiynində gedir” ; “Keçmiş indinin virtual məkanıdır” ; “Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar” ; “Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür” və s. bu kimi deyimlərındə də haqlı imişlər...
Nadir İsrafilov,
təhsil eksperti
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar