Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ- Həsrətdən Zəfərə" İlahə Səfərzadənin təhlilində

Tarix: 07-08-2024 21:22     Baxış: 3227 A- / A+
İlahə Səfərzadə

Rəfail Tağızadənin “Qarabağ- Həsrətdən Zəfərə” kitabı oxucuların ruhuna dərindən təsir edən duyğu axınının təsviri ilə dolu yurdumuza olan sevginin tərənnümünün öz əksini tapdığı kədər və sevinclərlə dolu musiqi təsiri bağışlayır. Vətənpərvərlik və milli kimliyin dərinliklərinə enir, ümumbəşəri hissləri və sədaqəti təbliğ edir. Müəllifin qələmindən süzülən kövrək cümlələr vətənə bəslənən duyğuları dərinləşdirir, həsrət dərdi ilə illərlə qovrulmuş qəlblərə su səpir. Kitab yaxın keçmişdən bu günə olan səyahəti  təqdim edir və torpağı qorumağın, sevməyin, əzəldən xalqımıza məxsus olmuş yurd-yuvaya qayğı və diqqətin vacibliyini vurğulayır.

“Dərdin, həsrətin hərarəti poladın ərimə hərarətindən də yüksəkdir. Bu ağrılara dözə bilməyən torpaq bizi görüb ağladı. Ürəyinin, gözünün yaşı həsrətdən  cadar-cadar olmuş sinəsindən qan sızmış yerləri nəmləndirdi” (Rəfail Tağızadə, “Qarabağ-Həsrətdən Zəfərə. səh.15”) – Vətən məhəbbəti müəllifin qələmindən elə axıb gedir ki, hər sətri, hər hərfi ürəkləri oxşayır, hicran duyğularını bəsləyir. Bir zamanlar yad tapdağı altında əzilən yurdumuzun gözəlliklərindən bəhs edərkən eyni zamanda vətənin də öz övladlarına olan həsrətini obrazlı şəkildə ifadə etməklə oxucuları bu müqəddəs duyğuya daha da yaxınlaşdırır. Əsər vətənpərvərlik və milli kimliyin mürəkkəb məqamlarını ustalıqla qələmə alır, ümumbəşəri hisslərin, milli sədaqətin və sosial ədalətin vacibliyini vurğulayır.Kitabda həmçinin müəllifin qadına nəcib münasibəti də əks olunur.
“…Bir üzü qız, bir üzü gəlin kimi yaşayan, kişili evlərdən seçilməyən, ocağı qalanan, evinin işığı daima yanan, uşaq oxutdurub, qız köçürüb, oğul evləndirən neçə analar həsrətli köçdü bud ünyadan. Evinin, ocağının külünü-kömürünü belə görmədən...
Yurdu, evi dolandırmaq kişilərə aid olsa da, qadınlar evə daha çox bağlıdırlar. Evi ev edən, orada istilik yaradan, onu ocaq edən qadınlardır. Evin, həyətin hər yerində onların əl izləri var…”( R. Tağızadə, “Qarabağ-HəsrətdənZəfərə”)
Qadınların göstərdikləri əzmkarlıq, fədakarlıq və cəsarət vurğulanır. Vətənpərvərlik hissi ilə formalaşan bu qadın təsvirləri cəmiyyətin millilik idealını gücləndirir, mübarizədə qadınların əhəmiyyətini dərk etməyə kömək edir. 
Müharibənin çətinlikləri, ağrı-acıları kitabın “Müharibə”, “Əsgərə məktub”, “Hər ölən əsgərlə ölürəm, Allah”, “Sahibsizlik dərdi”, “Şəhidim” və s. kimi başlıqlı hissələrin də dərindən təsvir olunaraq oxucuya bu mürəkkəb və ağrılı hadisəni hər zərrəsinə kimi hiss etdirən mövzuya çevrilmişdir. Müəllifin sözlərindəki qorxu vətənin övladlarını sevməyindən irəli gələn və onları itirməyin nəticəsində yaranan dərin yaraların və yorğunluğun səssiz çığırtılarıdır. Bu esselərdə müharibə ananı baladan, atanı oğuldan, sevənləri bir-birindən ayırarkən bəşər tarixinin ən qəddar səhifələrini yazır. Hər ölümün bir ailəni və gələcəyi məhv etməsindən doğan kədərin psixoloji yaralarını yazmaqla müəllif  bir növ yüngülləşir, içində kök salmış bu nisgildən qismən də olsa, qurtulmağa can atır. 
Rəfail Tağızadə təkcə acılarımızı deyil, eyni zamanda möhtəşəm zəfərimizin də sevincini əks etdirən məqamları kitaba daxil etmişdir. Müharibəninsonundaəldəedilənqələbə, sadəcətorpaqəldəetməkdənəlavə, insanların ümidlərini və azadlıqlarını yenidən alovlandıran bir işıq kimi parladı. “Şuşada yaşananlar”, “Heykəlin təbəssümü”, “Şuşa zirvəsi”, “Zəfər günü” və s. kimi esselərdə qələbə xalqın birliyinin və ümumi məqsədlər üçün edilən fədakarlığın simvoludur. Müharibənin qaranlıq günlərində qələbə ulduz kimi parlayır. Bütün çətinlikləri və ağrıları geridə qoymağın sevincini yaşadır. Müəllifin zəfəri əks etdirən cümlələri qələbənin qapısını açan, azadlıq və sülhdən xəbər verən bayraq kimi dalğalanır. Qalibiyyət dağıdıcı müharibədən sonra yenidən doğulmağı təmsil edir. Qəhrəmanların müharibədə göstərdikləri şücaətdən, qələbənin arxasında duran əsl igidlik  hekayələrindən, müharibənin çətin şərtlərinə sinə gərmələrindən bəhs edir.
Kitabda müəllifin qəlbindən gələn məhəbbətlə torpağa olan bağlılığını, sədaqətini tərənnüm edən şeirlər də yer almışdır. Bu şeirlərin hər misrasında sevgisini dilə gətirir, millətin fədakarlığını və qürurunu canlandırır, tarixin dərinliklərindən gələn bir melodiya oyadır. 

Mən sənin sərhədinəm,
səngər belimdən keçir.
Qurduğum sədd mən özüm
güllə özümdən keçir.

Tikanlı məftillərin
gəlib gözümdənkeçir.
Hər zaman azadlığın
qandan, ölümdən keçir.

 
 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar