Xəbər lenti
"Gəyən əfsanəsi"ndə "fantaziyanın köhlən atı"
Əlirza Xələfli
Bu ad hörmətli oxuçulara qəribə gələ bilər. Söhbət açacağım əsərdə neologizm metaforaları xarici alimlər "fantaziyanın oyunu" (Volf Şnayder), "fantaziyanın köhlən atı" (Lorka) adlandırmışlar. Bu fantaziya nəticəsində şairlər yeni sözlər, təzə ifadələr yaradırlar.
Tanınmış şair Əlirza Xələflinin "Gəyən əfsanəsi"ni oxuyandan sonra yazacağım bəzi qeydlərin adını başlıqdakı kimi qoydum.
Neologizmlərin bir növünü "metaforlaşmış neologizmlər" təşkil edir. Bu neoligizmləri daha çox söz adamları, filosoflar yaradırlar. Həmin neologizmlərin dərin mənası olur. Şair tərəfindən həmin mənalar dəyişə bilir. Bu mənalar müəllifin fərdi üslubunu müəyyənləşdirir. Dünyanın dil mənzərəsinin formalaşmasında onların rolu əvəzsizdir. Əlirzanın metaforaları da məhz bu cəhətdən diqqəti çəkəndir. Adköçürməni məna köçürməni şair uğurla həyata keçirə bilir. Şair özü də yazır ki:
Yazdım ki, nəsillərə yol göstərsin hər sözüm,
Məna-məna gül açsın, saralmasın tər sözüm.
Bu misralardan sonra şair yeni ifadələr işlədir: Təzə səhər açılır, qəlbimə işıq dolur, qaranlıqlar sozalır, dünyam yenə yaz olur. Sözümə qucaq açdı, Cəbrayıl, Gəyən eli…
Bu fikirlərdə, bizə elə gəlir ki, fərqli energetik qüvvə mövcuddur. Şeirdə bu mürəkkəb bir hadisədir. Bu hadisənin təsirilə şair özü də bilmədən aşağıdakı ifadə və söyləmləri yaratmışdır: yaddaşın işığı, düşüncələr dən eylər, bulağın üzü dönüb, mina axtaran Cahid dönüb heykəl oımuşdu; çağlayan Araz, abidə indanlar və s.
Ə.Xələfli predmetin adını digərinin üzərinə müxtəlif xarakterli əlaqələr nəticəsində keçirə bilmişdir. Məs., oğlum Araz - çağlayan Araz.
Bu və ya digər metaforik-neologizmlərin yaranması Əlirzanın düşüncəsinin fərqli şəkildə müxtəlif əşya və hadisələr arasında mövcud olan qarşılıqlı münasibətləri dərketmə bacarığı ilə bağlıdır.
"Yaddaşın cızdağı", "ruhun bulağı", "ümid ocağı", "Gəyənə qucaq açan", "yaddaşın ocağı" , "Türkün tanrı dağı", "Gəyənin boz üzü", "boz yovşan dənizi", "Gəyən hikmət dənizi,, , ,,başı İncədən keçən Gezgə dağı,, , ,,boz üzün qəzəbi,, və s.
Bu ifadələrdə gizli müqayisələr, məna köçürmələri var. Məna sıçrayışları var. Bunlarda ana dilinin güc mərkəzi cəmləşib. Məfhumun mübadiləsi var. Yeni hüdudlar, gercəkliklər, anlama imkanları var və s.
Baxın", "Güzgülənir Arazda yaralı Qız qalası", "Mən Gəyənin üzündə söz dənizi görürəm", "Həyatımın, bəxtimin Gəyən yolu çağırır", "Əsrin qocalıq çağı,, , ,,Yaddaşımda hər kəsin özü mənə Gəyəndir,, , ,,həyat məktəbi,, və s. Mənə elə gəlir ki, məhz buradan-köhnədən yeniyə, məlum olandan hələ məlum olmayana, konkret olandan mücərrədliyə məna sıçrayışları başlayır. Kreativ, yaradıçı mikromühitdə mental proseslər adamı özünə çəkir. Ruh maddiləşməyə, necə deyərlər, can atır. Gercəkliyə fəal emosional müdaxilə olur.
"Zamanın dəyirmanı" , "Yaddaşda göyərdirik" , ,,Gəyən vətən qucağı,, və s. onlarla metaforik ifadələr semantik cəhətdən motivləşir, şeirdə aktiv prosesə çevrilir. Əlbəttə, bu ifadələr Əlirza fikrinin təzahür vasitəsidir. Onun anlayış sisteminə daxildir. Elə bil, qəflətən predmetin, hadisənin yeni mənası tapılır. Bizə elə gəlir ki, bu tapılan yeni mənalarda əzəmətlilik, möhtəşəmlik məzmuni özünü göstərir… Bu, metaforanın gücüdür.Fikrin daha effektli formasıdır. İdrakın təkamülünün nəticəsidir.
Buna görə də yazılan şeirlərin dili metaforik dil olmalıdır. Ona görə ki metafora_ neologizmlər, həqiqi dilin qaynağıdır…
Bu xüsusiyyətlər ,,Gəyən əfsanəsi,, nin mühüm bir dil kodudur. Digər kodların da açılmasına ehtiyaç var…
İsmayıl Kazımov,
Filologiya elmləri doktoru, professor
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar