Xəbər lenti
Qoşmanın misradaxili bölgüləri haqqında
Salman Qaralar
Aşıq şeirinin ən geniş yayılmış şəkillərindən olan qoşmanın misradaxili bölgüsü bir qayda olaraq ya 6+5 şəklində, ya da 4+4+3 şəklində olur. Bir sıra məqamlarda bir şeir daxilində bu bölgünü həmişə gözləmək mümkün olmur. Bəndin birində misradaxili bölgü 6+5, digərində 4+4+3 şəklində olur. Bəzən bir bəndin içində belə misradaxili bölgülər bir-birindən fərqlənir.
Zənnimcə, buna da normal baxmaq lazımdır. Çünki şair və ya yaradıcı aşıq öz fikrini daha dolğun ifadə etmək üçün ilk növbədə mənaya üstünlük verməli olur. Bundan sonra isə ilk növbədə misraların heca sayının bərabərliyinə qafiyə və rədifin yerində olmasına diqqət yetirir.
Ancaq nəzərə almalıyıq ki, yaradıcı aşıqlar yaratdıqları qoşmaları müəyyən bir saz havası üstündə oxuyurlar. Çox vaxt, isə ustad aşıq müəyyən bir havanı sazda çala-çala həmin havaya uyğun olaraq da bədahətən qoşma qoşur. Aşığın qoşduğu qoşmanın daxili bölgüsü ifa etdiyi saz havasına uyğun olur. Elə aşıq havaları var ki, həmin havaya uyğun oxunan şeirin misradaxili bölgüsü 6+5 şəklində olanda ritm və intonasiya daha düzgün olur. Məsələn, “El havası” , “ Dilqəmi” saz havaları üstündə oxunan şeirin misradaxili bölgüsü 6+5 şəklində olanda intonasiya sonrası fasilə bütöv söz prinsipinə əsaskanır:
Divanədir qaçan/ uzun ömürdən,
Kaş ki, yüz il cavan / ömrüm olaydı.
Görəydim ilk yarın / son vəfasını,
Belə bir tükənməz / səbrim olaydı.
( B.Vətənoğlu)
Uçdu könlüm quşu, / qondu sənə, yar,
Daha niyə qonmur / bir özgəsinə ?
Oydun gözlərimi, / tulla yerə, yar,
Əgər dönüb baxsa, / bir özgəsinə.
( Yəhya bəy Dilqəm)
“Kərəm gözəlləməsi” , “Gilənar” saz havaları üstündə oxunan qoşmaların misradaxili bölgüsü isə bir qayda olaraq 4+4+3 şəklində olur.
Aylar, illər / həsrətini / çəkdiyim,
Üzü dönmüş / beyvəfa yar, / belə bax.
Gözəllərdə / sərxoş gəzmək / ar deyil,
Açılıbdı / qızıl kəmər/ belə bax.
(“Əsli və Kərəm dastanı”.)
Keçən günlər / bir də düşsün / yadına,
Şeir yazdım, / dastan qoşdum / adına.
Aşıq Murad / Niyazlının / dadına
Bir səhər gəl, / bir günorta, / bir axşam.
( Aşıq Murad Niyazlı)
Yuxarıda bir bəndini nümunə göstərdiyimiz “Bir səhər gəl, bir günorta, bir axşam” qoşmasının müəllifi Murad Niyazlı XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş ustad aşıqlardan biri olmuşdur. M.Niyazlının bu qoşmasının birinci və ikinci bəndlərində qoşmanın misralarının daxili bölgüsündə 4+4+3=11- dən qırağa (kənara) çıxma olduğunu müşahidə edirik. Halbuki bunu kiçik redaktə ilə aradan qaldırmaq mümkün idi. Yəqin ki, Aşıq Murad təbi gələn vaxtı bu qoşmanı demiş, sonra redaktə etməmiş, o cür də “Gilənar” havası üstündə oxumuşdur.
Qoşmalarında məna və məzmunla bərabər forma gözəlliyinə də məharətlə diqqət edən sənətkarlardan biri də Abbas Tufarqanlı olmuşdur. “Aşıq şeirinin şəksiz və şəriksiz padşahı Abbas Tufarqanlı 400 ildən çoxdur ki, saz sənətinin sultanı, söz karvanının yorulmaz, usanmaz yolçusudur”. [ “Mədəniyyət -2011. 11 mart.səh. 6]
Bəs “aşıq şeirinin padşahı” adlanan Abbas Tufarqanlının “Gedir” rədifli məşhur qoşmasının misradaxili bölgüsündə olan bu tipli nöqsan haradan, necə əmələ gəlmişdir? Aşıq Abbas da misradaxili bölgüyə, yəni misra daxilində bütöv söz bölgüsü prinsipinə əməl etməmişdir? Yoxsa, Aşıq Abbasın bu mükəmməl sənət nümunəsi sayılacaq qoşması ifaçı aşıqlar tərəfindən oxunduqca müəyyən təhriflərə məruz qalmışdır?
Fikrimizcə, ikinci ehtimal daha çox həqiqətə yaxındır, ağlabatandır. Müləmmə (çoxdilli) təcnisin ilk nümunəsini yaradan Abbas Tufarqanlının həmin 3 bəndlik şeirinin bircə misrasında misradaxili bölgü 4+4+3 şəklindən çıxıb 6+5=11 şəklində bizə çatmışdır. Şeirin məzmununa diqqət yetirəndə həmin misranın da sonradan təhrif olunduğu qənaətinə gələ bilərik. Üçüncü bənddə “ Seyraqub adamla olma aşına” misrasını “Seyraqubla heç vaxt olma aşına” şəklində bərpa etsək, şeirin məzmununa əsla xələl gəlmir, əksinə, məzmunu, mənanı daha da qüvvətləndirir:
Seyraqubla / heç vaxt olma / aşına,
Abbas sonra / zəhər qatar / aşına.
Sal başına / müxənnətin / aşı nə?
Ərəb həcər, / farsi səngi, / türki daş.
İndi isə “Gedər” rədifli qoşmanın misradaxili bölgüsü haqqında, ifaçı aşıqların bir sözün yerini dəyişməklə bir misrada yaratdıqları təhriflər haqqında öz düşüncələrimizi dilə gətirək. Bu qoşmanın misralarında daxili bölgü 4+4+3=11 şəklində olduğundan bir sıra saz havaları, xüsusən də “Gilənar” havası üstündə oxunması çox rahat və diləyatımlıdır. Buna görə də bu qoşma uzun müddətdir ki, aşıqlarımızın və müğənnilərimizin repertuarını bəzəyən dəyərli söz incilərindən biridir. Bu qoşmanın misradaxili bölgüləri 4+4+3 şəklində böyük ustalıqla qurulmuş, məna və məzmuna xələl gəlməmiş, əksinə, şeirin ifadə etdiyi məna gözəlliyi ilə forma gözəlliyi bir-birini tamamlamışdır. Qoşmanın üçüncü bəndinin birinci misrasında müəyyən bir təhrifi nəzərə almasaq, bu qoşmanı həmin janrın ən kamil nümunələrindən hesab etmək olar.
Ay ağalar, / gedənə bax, / gedənə,
Məni qoyub / gözü yaşlı, / yar gedər.
Yükləndi / qəflə-qatır, / barxana,
Sanasan ki, / külli-aləm / var gedir.
Bu bəndin ikinci misrası bir qayda olaraq “məni gözü yaşlı qoyub, yar gedər” şəklində çap olunur.Belə olanda da məna və forma gözəlliyinə heç bir xələl dəymir. Ancaq sözlərin sıralanması, məntiqi vurğu haqqında dil qanunu, xüsusən də Abbas Tufarqanlının sənətkarlıq qabiliyyəti əsas verir ki, ikinci misranın ya aşağıda göstərdiyimiz şəkildə, ya da yuxarıdakı bənddə verdiyimiz şəkildə olduğuna yəqinlik hasil edək:
Gözü yaşlı / məni qoyub, / yar gedər.
Qoşmanın ikinci bəndini oxuduqca Aşiq və Məşuqənin (Abbas və Pərinin) çəkdiyi əzablar, iztirablar oxucunun ürəyini göynədir. Pəri yenicə bitən bənövşə sayağı gözəldir, ətirlidir, zərifdir. Bənövşə aşiqi Abbasın cavan ömrü bu eşqin yolunda, bənövşə timsallı Gülgəz Pərinin uğrunda xərclənibdi. Gülgəz Pərini zorla Aşıq Abbasdan ayıraraq Şah Abbasa aparan kəcavə gözdən itmək üzrədir. Bu ayrılığa ağlayan yalnız Gülgəz Pəri və Aşıq Abbas deyil. Karvan əhli də bu yolu çar-naçar gedir, sarvanın göz yaşları tozlu yolları sulayır. İnsan ahnaləsinə, fəryadına bu karvanın ağır yükünü daşıyan dəvələr də qoşulur:
Bizim yerin / bənövşəsi / bitibdi,
Heyif, cavan / ömrüm başa / yetibdi.
Kəcavəsi / gedib gözdən/ itibdi,
Dəvə bozlar, / sarvan ağlar, / nər gedər.
Qoşmanın üçüncü bəndinin iki misrasında birinci və üçüncü misralarda misradaxili bölgü pozulmuşdur. Əsərin bizə gəlib çatan variantı belədir:
Gəzdim alçaqları, / gəzdim ucanı,
Görüm yolda / qalsın dəli / Becanı.
Yar yolunda qoyum / bu şirin canı,
Abbas ağlar, / Pəri kimi / yar gedir.
Bu bəndin ifadə etdiyi məzmununa diqqət yetirsək görərik ki, birinci misrada söhbət Aşığın gəzdiyi alçaq, uca yerlərdən getmir, söhbət Aşığın gəzdiyi, gördüyü adamlardan gedir; onlardan alçaq-nanəcib olanları da var, uca-nəcib olanları da. Bəndin ikinci misrasındakı Dəli Becana olan qarğış da birinci misrada işlənən alçaq, uca sözlərinin insana aid olduğunu təsdiq edir. Üçüncü misrada isə “yar yolunda qoyum bu şirin canı” cümləsi də təhrif olunmuşdur. Feil arzu şəklində( qoyum) yox, xəbər şəklində (qoydum) olmalıdır. “Bu şirin canı” isə “bu baş, bu canı” şəklində olsa, misradaxili bölgülər düzgün olar və şeir müvafiq havaya uyğun bütöv söz prinsipi ilə oxunar.
Gəzib gördüm / hər alçağı, / ucanı,
Yolda qalsın / görüm dəli / Becanı.
Yar yolunda / qoydum bu baş, / bu canı,
Abbas ağlar, / Pəri kimi / yar gedər.
Bir daha bəyan edirik ki, aşıq yaradıclığı bizə yazılı yox, şifahi şəkildə gəlib çatdığından müəyyən söz və ifadələr, hətta bütöv misralar və bəndlər təhrif olunmuşdur. İfaçı aşıqlardan bu qiymətli nümunələri toplayan tədqiqatçılar isə topladıqları mətnə tənqidi yanaşmamış, hətta mənasını bilmədikləri bir sıra söz və ifadələri oxşar sözlərlə əvəz etmiş, beləliklə, müəllifin şeirinin məna və forma gözəlliyinin itməsinə şərait yaratmışlar. Təəssüf doğuracaq hal olsa da, bu, bir reallıqdır və biz bununla barışmamalıyıq, növbəti nəşrlərdə mümkün qədər daha dəqiq variantları seçməliyik, gələcək nəslə daha təkmil nəşrlər təqdim etməliyik.
Misradaxili bölgüləri də gözləməklə mükəmməl sənət nümunələri yaradan sənətkarlardan biri də Aşıq Ələsgərdir. Böyük söz ustadının “Arasında” rədifli ustadnaməsində dərin fəlsəfi fikirlər, hikmət yüklü ideyalar, fikirlər olmaqla bərabər, bu qoşmanın forma gözəlliyi də diqqəti cəlb edir. Üç bəndlik qoşmanın bütün misraları 6+5=11 hecadan ibarətdir. Müvafiq söz havası ilə oxunduqda misralardakı fasilələr bütöv söz prinsipinə əsaslanır. Məhəbbət mövzusunda deyilmiş “ Bəyistan” qoşmasının da daxili bölgüsü 6+5=11 heca şəklindədir. Dörd bənddən ibarət olan bu qoşmanın yalnız ikinci bəndinin birinci misrası 4+4+3=11 şəklindədir. “Eşq əhliyəm, / dərd çəkməkdən/ üzülləm”. Ehtimal etmək olar ki, bu misra da ifaçı aşıqlar tərəfindən təhrif olunmuş və təhrif olunduğu şəkildə də yazıya alınmışdır. Misranı mənaya xələl gətirmədən kiçik redaktə ilə bərpa etmək olar:
Eşq əhliyəm / dərddən, qəmdən / üzülləm.
Beləliklə biz fikirlərimizi ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, yaradıcı aşıqların yüksək sənət səviyyəsində deyilmiş qoşmalarında misradaxili bölgülərin də yerli-yerində olması həmin şeirin müvafiq saz havası ilə oxunmasını da asanlaşdırır, ritm və intonasiya mənanın tamamlanmasına müsbət təsir göstərir.
P.S. Misradaxili bölgü ifadəsi əvəzinə bir çox hallarda termin kimi təqti sözündən istifadə edilir. Türk dillərində, o cümlədən Azərbaycan dilində uzun saitlər olmadığından təqti müəyyən sayda hecalardan sonra verilən durğulara, yəni ritmik fasiləyə əsaslanır. Bu fasilə bütöv söz prinsipi əsasında olanda şeirin müvafiq saz havası ilə səslənməsi mükəmməl olur. El şairlərinin və aşıqların bu qaydalara əməl etməsinin zəruri şərtlərdən hesab edirik.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar