Xəbər lenti
Misirin Kleopatrası: özünü 30 yaşında zəhərləyən kraliçanın ilginc həyatı - ŞƏKİL
Kleopatra, gözəlliyi, zəkası və şöhrəti sayəsində dövrümüzün ən tanınan qadın hökmdarlarından biridir. O qədər ki, onun həyatı kitab və filmlərin mövzusu olub. Hətta bu gün də onun gözəlliyindən ağlı və ambisiyasından çox danışılır. Kleopatra təkcə gözəllik sözünə sığmır, həyatı boyu etdiyi işlər, yalnız gözəl bir qadın olmadığını, eyni zamanda çox ağıllı və iddialı olduğunu sübut edir.
Manevr.az musavat.com-a istinadən sizlərə Kleopatra haqqında maraqlı faktları təqdim edir.
Əslən yunan olan Kleopatra eramızdan əvvəl 69-cu ildə anadan olub. 30 yaşında- avqustun 12-də özünü zəhərləyərək intihar edib. Kleopatra, çox ağıllı bir qadın idi. O, 9 dil bilirdi. Bu dillər arasında ərəb, ivrit, abisyan, fars dillərini qeyd etmək olar.
Kleopatra, Makedoniyalı İskəndərin Misiri fəth etdiyi zaman qurulan Ptolemey krallığında ailəsinin üçüncü qızı olaraq dünyaya gəlib. O illərdə İsgəndəriyyədə olan bu səltənəti XII Kleopatranın atası idarə edirdi. Kleopatra atasının ölümündən sonra qardaşı XIII Ptolemey ilə taxta çıxıb. 18 yaşında taxta çıxanda və özündən 8 yaş kiçik olan qardaşı ilə müqayisədə hakim fiqur o oldu. Həmin illərdə Misirdəki yunanlar yalnız öz xalqlarından olan insanlarla evlənərdilər. Buna görə Kleopatra və qardaşı evləndilər. Növbəti bir neçə ildə Misir sağlam olmayan bir iqtisadiyyat və qıtlıq ilə üzləşdi. Beləliklə, siyasi qarışıqlıq başladı və Kleopatra qardaşı tərəfindən Suriyaya sürgün edildi. Kleopatra bir ordu toplayaraq Misirin şərqindəki Pelusiumda qardaşı ilə müharibəyə hazırlaşdı. Lakin Roma lideri Yulius Sezarın gəlişi ilə müvəqqəti bir sülh əldə edildi.
Kleopatra, taxtda oturmaq üçün Romanın dəstəyinin vacib olduğunu bilirdi. O, Misirin yenidən Suriya və Fələstin torpaqlarını alacağına inanırdı. Beləliklə, məqsədlərinə çatmaq üçün Kleopatra Sezara yaxınlaşmağa başladı. Kleopatra qışı Sezarın qoşunları ilə (Nil döyüşü) qardaşına qarşı mühasirədə keçirdi. Burada olduğu müddətdə Sezarı heyran edə bildi. Bəzi rəvayətlərə görə, Kleopatra Sezarın sarayına bir xalçanın içərisində girərək onu özünə aşiq edib.
Sezarın sayca üstün qüvvələri ilə 13-cü Ptolemeyin qüvvələri arasında dörd ay davam edən müharibədən sonra, Romadan dəstək qüvvələri gəldi, Ptolemey İskəndəriyəyə qaçmağa məcbur oldu və qaçarkən Nil çayında boğuldu. İskəndəriyəyə daxil olan Sezar, taxtı Kleopatra və kiçik qardaşı 14-cü Ptolemey arasında yenidən bərpa etdi. Sezar Kleopatra ilə bərabər bir müddət Misirdə qaldı və Kleopatra təxminən e.ə. 47-ci ildə Ptolemey Sezar adlı oğlan uşağı dünyaya gətirdi.
Kleopatranın ən böyük arzusu Misir və Romanı birləşdirmək, Böyük İsgəndərin təsəvvür etdiyi kimi bütün dünyaya hakim olmaq idi. Ancaq bu xəyal Sezarın ölümü ilə suya düşdü.
Öz ağlı və cazibədarlığı sayəsində Kleopatra dövrünün iki ən məşhur sərkərdələrini Yuli Sezar və Mark Antonini özünə aşiq etmişdi. O, bununla Misirdə 20 illik müstəqillik təmin etmişdi. Kraliça bədxərc olduğuna görə qədim əlkimyaçılar Kleopatranın fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər. Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli maddələri yığıb və zindana enərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.
Kleopatra e.ə. 41-ci ildən sonra Mark Antoninin(Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı) müttəfiqi və məşuqəsi olmuşdu. Mark Antoni Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənib Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aksi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar