Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH

Tarix: 25-03-2020 14:10     Baxış: 4191 A- / A+
Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH

Son günlər COVID-19 epidemiyasının zəifləməyə başladığı Çindən yaxşı xəbərlər gəlir. Ölkədə hakimiyyət martın 25-dən Hubey əyalətinə giriş-çıxış məhdudiyyətlərini ləğv edir. Aprelin 8-dən etibarən isə COVID-19-un yayılma ocağına çevrilən Uhan şəhəri ilə nəqliyyat əlaqələrində məhdudiyyətlər aradan qaldırılacaq.

Belə bir uğura nail olmaq asan olmayıb. Hər kəs çinlilərin qanunlara tabe olan xalq olduğunu və buna görə, heç bir problem olmadan karantini, bütöv şəhər və vilayətlərə giriş-çıxışın bağlanmasını normal qarşılaya bildiklərini düşünməyə öyrəşib. Əslində isə, hər şey o qədər də sadə deyil.

Media.Az Şençjendə (Çinin cənub-şərqində böyük şəhər) yaşayan ingilis dili müəllimi Nikolay Gerasimovla söhbət edib. O, Çin Xalq Respublikasında indi və epidemiyanın pik səviyyəyə çatdığı vaxtlarda baş verənlərlə bağlı maraqlı təfərrüatdan danışıb.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, bu dövrdə gələn bütün əcnəbiləri şəxsi hesabına karantinə göndərirlər. Pulsuz səhiyyə xidmətləri yalnız Çin vətəndaşları üçündür. Epidemiya elan ediləndə ölkədə çaxnaşma başladı. Şəhərlərə giriş-çıxışı bağladılar, tibbi vəsaitlərlə dolu yük maşınlarının “ovuna” çıxdılar, hətta COVID-19-un episentri olan Uhan şəhərinin sakinlərinin qapılarını möhürlədilər. Lakin hakimiyyət bu prosesi tezliklə dayandırdı. Çində mülki müdafiə və səhiyyə sistemləri çox yaxşı işləyir. Həkimləri çox səriştəli olmaya bilər, ancaq onlar çoxdur və xəstəxanalar kifayət qədərdir”, - deyə həmsöhbətimiz bildirib.

- Karantin rejimi ilə bağlı tədbirlər hələ də davam edirmi?


- Bəli, karantin rejimi saxlanılır. Məktəblər hələ də bağlıdır, buna görə də, işləmirəm. Bu, əlbəttə ki, şəxsən mənim üçün yaxşı deyil.

Hava limanlarında hərəkətlilik aktiv şəkildə süzgəcdən keçirilir, çünki epidemiyaya qədər ölkəni tərk etmiş bir çox çinli digər ölkələrdən qayıdır. Dediyim kimi, əcnəbilər öz hesablarına iki həftəyə qədər karantinə göndərilir. Yaşadığım Şençjendə iki həftədir yeni yoluxma halı qeydə alınmır, ancaq buna qədər bütün ölkədə yoluxma halları aşkarlanırdı. Əlbəttə ki, kütləvi şəkildə deyil – hər şəhərdə bir neçə yüz yoluxma halı müşahidə olunurdu.

İndi vəziyyət tədricən yaxşılaşır. Məsələn, kafelər açılır. Şençjendə insanlar artıq fevralın sonundan işə getməyə başlayıblar. Ancaq məktəblər hələ də bağlıdır.

Manevr.az
Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar