Xəbər lenti
2019 Dünya Azərbaycanlıları üçün nəylə yadda qaldı: Xaricdəki soydaşlarımız danışır
Bir neçə gündən sonra 2019-cu ili başa vuracağıq. Yola salmaqda olduğumuz il ölkənin iqtisadi, siyasi, mədəni həyatında fərqliliklərlə xatırlanacaq.
Bəs, 2019-cu il Azərbaycan diasporu üçün necə yadda qalacaq? Otuza yaxın ölkədə azərbaycanlıların fəaliyyətinin koordinə edilməsi üçün Koordinasiya Şuralarının yaradılması, ayrı-ayrı ölkələrdə sənədsiz azərbaycanlıların problemlərinin həll edilməsi, “Azərbaycan evi”nin, “Qarabağ məktəbi”nin, “Bazar günü məktəbləri”nin açılması, başqa xalqların diaspor təşkilatları ilə iş, ən əsası isə Dövlət Komitəsinin heç bir ayrıseçkilik qoyulmadan tam şəffaf şəkildə fəaliyyəti yaxın gələcək üçün Dünya Azərbaycanlılarına böyük perspektiv açır. Yuxarıda sadalananlar görülən işlərin kiçik bir hissəsidir.
Modern.az 2019-cu ilə xaricdəki diaspor təşkilat rəhbərlərinin gözü ilə baxmağa çalışıb.
Diasporumuz bir arada…
İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov deyir ki, Azərbaycan diasporu üçün 2019-cu il çox əlamətdar olub:
“Belə ki, bir çox ölkələrdə Azərbaycan təşkilatlarının əlaqələndirmə şuraları yaradılaraq diasporumuzun bir yerə toplanmasına zəmin yaratdı. Bu zəmin Azərbaycandan bir çox diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün maddi dəstəklə də bir növ sağlam zəminin stimulu rolunu oynadı. Yeni gənc və maraqlı təşkilatlar, insanlar bu zəmin üzərində cücərdi və böyüməyə başladı. Gün gələcək bu ağaclar böyüyüb bar verəcək və Azərbaycanımızı dünyada layiqincə təmsil edəcək. Əlamətdar hadisə odur ki, biz artıq tək kişi cinsindən olan diaspor rəhbərləri və fəalları deyil, eləcə də qadın rəhbərləri və fəalları ilə sıx işlər görməyə başladıq. Bu çox təqdirəlayiq bir işdir. Bizim qadınlarımız bunu çoxdan haqq etmişlər. Bu və ya başqa səbəblərdən mən 2020-ci ili Azərbaycan diasporunun yüksəliş ili kimi görürəm və bu işdə əlimdən gələn hər bir köməyi etməkdə davam edəcəyəm”.
Pərakəndəlik, özbaşınalıq aradan qalxıb…
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalovun sözlərinə görə, 2019-cu ildə Azərbaycan diasporu yumruq kimi birləşib:
“Mən deyərdim ki, 2019 ci il Azərbaycan diaspor tarixində yeni bir mərhələnin, yeni bir başlanğıcın əsasının qoyulduğu bir il olub. 2018 ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyində dəyişiklikdən sonra başlayan, 2019-cu ildə net şəkildə öz bəhrəsini verən və yumruq kimi birləşən diaspor fəaliyyəti var. Əvvəlki pərakəndəlik, özbaşınalıq aradan qalxıb”.
Azərbaycan, Azərbaycançılıq…
Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova bildirib ki, 2019-cu il diaspor fəaliyyəti üçün çox səmərli və uğurlu il olub:
“Bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı bu il daha çox hiss olunub. Ölkə rəhbərliyinin Azərbaycançılıq ideyalarının qorunub saxlanılmasında və bu istiqamətdə ölkə hüdudlarından kənarda Azərbaycanımızla bağlı gördükləri işlər göz qabağındadır. O cümlədən, onu da vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin hərtərəfli dəstəyi və köməyi ilə və şəxsən komitə sədri cənab Fuad Muradovun bu istiqamətdə bizlərə, diaspor fəallarına göstərdiyi qayğı və dəstək, xarici ölkələrə etdiyi səfərlərdən, bu səfərlərdə həmvətənlilərimiz ilə görüşlərdən qeyd etmək olar ki, soydaşlarımızın əvvəlki illərə nisbətən daha fəal, daha bərabər, tez-tez toplaşmaqlarına gətirib çıxardı. Qeyd etmək istərdim ki, azərbaycanlılar yaşadıqları ölkələrdə müxtəlif sahələrdə çalışılar və iş qrafikləri hər zaman bir araya gəlmələrində imkan vermirdi. Lakin ölkə rəhbərliyinin bu istiqamətdə qayğısı və komitə rəhbərliyinin köməkliyi, səyləri nəticəsində bu problemlər getdikcə aradan qalxmaqdadır. Bu istiqamərdə görülən işlərdən misal olaraq qeyd edə bilərəm ki, komitə rəhbərliyinin səyləri nəticəsində bir çox ölkələrdə Koordinasiya Şuraları yaradıldı, toplantılar keçirildi. Bu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun rəhbərliyi ilə Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının Birinci Toplantısı baş tutdu. Bu toplantı yenidən birgə toplaşmağın bariz nümunəsi, yeni ideyaların həyata keçirilməsinə diaspor rəhbərlərinə bir stimul verdi. Daha sonra, bu il Fransanın Nant şəhərində Azərbaycan Qarabağ Məktəbi yaradılmış, bununla yanaşı dünyanın bir çox ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlərin fəaliyyəti həm soydaşlarımızın bir araya toplaşması üçün çox vacib əhəmiyyət kəsb edir, həm də əcnəbilərə vətənimizi onun ərazi bütövlüyünü sübut etməyə, tariximiz-mədəniyyətimiz haqqında geniş məlumat verməyə imkan verir. Bu il Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib. Mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib. Mitinqin məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq idi. Finlandiya üzrə Koordinasiya Şurasının rəhbəri olaraq bu il diaspora fəliyyətimiz çox fəal olmuşdur. Bu il biz Xocalı Soyqırımının ildönümünü paytaxt Helsinki şəhərində təşkil etmiş və erminlərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasətini yerli ictimaiyyətə çatdırmağı bacarmışıq. Bununla yanaşı Novruz Bayramı və ilk dəfə Helsinkidə Novruz tonqalı yandırılmışdır. Qarlı havada Helsinkidə yandırılan ilk tonqal həmvətənlilərimizdə sevinc hissi oyatmaqla yanaşı yerli finlilər tərəfindən maraqla qarşılanmışdır. Həmçinin “Vətənim Azərbaycan” adlı mədəniyyət gününün keçirilməsi yerli finlilər tərəfindən geniş marağa səbəb olmuşdur. Mədəniyyət günündə Azərbaycanın tarixi, onun mədəniyyəti, müasir inkişaf tempi gələn qonaqlara çatdırılmışdır. Bu il qeyd olunan digər bir tədbir Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley gününə həsr olunmuş yaradıcılq gecəsi idir. Yaradıcılıq gecəsində görkəmli dramaturqun nəsəi Qəmər Bağırova dahi sənətkarın həyat və yaradıcılığı haqqında daha geniş məlumat vermiş, daha sonra əməktar artist Rəşad İlyasov dramaturqun şeyirlərinə bəstələnmiş musiqiləri səsləndirmişdir. Gələcək planlardan danışsaq əgər, onu vurğulamaq istərdim ki, diaspor rəhbəri olaraq qarşımızda bir məqsəd bir amal var Azərbaycan, Azərbaycançılıq və vətənimizi layiqli təmsil etmək, tariximizi qorumaq və Xocalı Soyqırımını Finlandiya Parlamentində soyqırım kimi tanıtmaqdır. Sonda onu da demək istərdim ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı gəlir. Bu münasibətlə hər kəsi təbrik edir, sülh, firavan, ruzi-bərəkət dolu bir il olmasını arzu edirəm. Həmrəyliyimiz daimi olsun. Yeni 2020-ci iliniz mübarək!”.
Gənc nəsil diaspor fəaliyyətinə cəlb olunub…
Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev qeyd edib ki, ümumi olaraq bu il Azərbaycan diasporu öz sıralarında daha çox birlik yaradıb və gənc nəsli öz işinə cəlb edə bilib:
“Bunların biri və ən vacibi xaricdə yaşayan azərbaycanlıları birləşdirən Koordinasiya Şuralarını yaradaraq illərlə formalaşmış və rtıq öz effektivliyini itirmiş metod və insanlardan uzaqlaşıb müasir üsullarla öz işini uğurla davam etdirdi. Şəxsən mənim üçün isə 2019-cu il bir neçə böyük layihələrlə yadda qalıb. Onlardan bir neçəsini sadalayacam. Bunlar bu ilin yanvar ayında Niderlandın Utrext şəhərində beynəlxalq turizm sərgisində rəhbərlik etdiyim “Avropa Azərbaycanlıları” təşkilatı tərəfindən ermənilərin DQ ərazisini öz ərazisi kimi göstərmək istəklərinin qarşısını alınmasıdır. Sonra fevral ayında Brüsseldə Xocalı faciəsinin yad edilməsi üçün təşkil olunan ümum Avropa mitinqidir. Bu yay İstanbulda Avropa Koordinasiya şuralarınının toplantısının keçirilməsidir. Bu ilin sonunda Niderlandda və Belçikada keçirilən və əsasən yerli əhali üçün nəzərdə tutulan Zakir Əliyevin konsertlərinin təşkil olunmasıdır”.
Fuad Muradovun Rusiya səfəri bu ölkədə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində dönüş yaradıb…
Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev Rusiyada yaşayan azərbaycanlılar üçün 2019 -cu ilin çox yadda qalan illərdən biri olduğunu vurğulayıb:
“Bu il Rusiyanın müxtəlif bölgələrində Azərbaycanın mədəniyyətinə, tarixinə, milli dəyərlərinə həsr olunmuş bir çox kütləvi tədbirlər keçirildi. Moskvada, Sankt-Peterburqda, Həştərxanda və digər şəhərlərdə “Nəsimi ili” ilə bağlı mədəniyyət günləri keçirildi, Moskvada isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəsiminin heykəli qoyuldu. Moskvanın VDNX rayonunda yerləşən sərgi komleksində, Azərbaycan sərgi evi yenidən təmir olaraq istifadəyə verildi. Sərgi evinin açılışında Birinci vitse- prezident Mehriban Əliyeva birbaşa iştirak edirdi. Üzümüzə gələn 2020-ci ildə isə, arzu edirəm ki, Rusiyada çoxsaylı icma təşkilatları bir araya gələ bilsinlər və vahid federal təşkilat ətrafında, artıq sistemli, səmərəli və faydalı işlər görməyə nail olsunlar. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Rusiyaya səfəri bu ölkədə Azərbaycan diasopor təşkilatlarının fəaliyyətində ciddi dönüş yaradıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar