Sizin Reklam Burada
Xəbər lenti
10-11-2026
09-11-2026
BÜTÜN XƏBƏRLƏR

Sanksiya altında olan Rusiya təyyarəsi ilə İsrailə gələn kimdir?

Tarix: 10-11-2026 17:59     Baxış: 340 A- / A+
Sanksiya altında olan Rusiya təyyarəsi ilə İsrailə gələn kimdir?
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi, admiral İqor Kostyukovun başçılıq etdiyi yüksək vəzifəli nümayəndə heyəti Rusiyaya məxsus "Tu-154M" hərbi təyyarəsi ilə İsrailə səfər edib.
Moskva vilayətindəki Çkalovsk hərbi aerodromundan havaya qalxan təyyarə noyabrın 9-da axşam saatlarında Ben-Qurion hava limanına eniş edib.
Hələlik nə İsrail, nə də Rusiya rəsmiləri bu səfərlə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Bildirilir ki, sözügedən təyyarə "Vaqner" özəl hərbi şirkətinin fəaliyyəti ilə ehtimal edilən əlaqələrinə görə 2023-cü ildən etibarən ABŞ-nin sanksiyaları altındadır.
Kostyukovun İsrailə hansı məqsədlə gəldiyi məlum deyil. Nəşrin məlumatına əsasən, bu səfər İran ətrafında yaranmış gərginlik və regionda mümkün eskalasiya fonunda baş tutub.
İsraildəki qısamüddətli dayanmadan sonra Rusiya təyyarəsi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların başladığı Əbu-Dabiyə yola düşüb. Kostyukovun Rusiyanın danışıqlar aparan nümayəndə heyətinin tərkibinə daxil olduğu qeyd edilir.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar