Xəbər lenti
Şeir yazmaq - sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyidir.

Bu günlərdə Sumqayıt şəhərinin möhtəşəm “Poeziya Evi”ndə növbəti bir tədbirin qonağı, eyni zamanda iştirakçısı oldum. Düzünü qeyd edim ki, son zamanlar kitab təqdimatı və müəlliflərlə görüş olaraq təşkil edilən "imza günləri" qələm adamlarını bir araya gətirən yeganə ünsiyyət vasitəsi olaraq təqdirəlayiq bir haldır. O cümlədən oxucu qismində daha çox sonuncu ümid və təskinlik yeri olaraq qələmə sarılan həvəskarların, ədəbiyyatsevərlərin iştirakı diqqət çəkir. Söz yox ki, aralarında uğurlu gələcəyi olan gənclərimiz və artıq qismən də olsa, özünü təsdiqləməkdə olan orta yaşlı imza sahibləri yox deyildir. Hansı ki, kimi yazı üslubu, kimi düşüncə tərzi, kimi də yaşam səviyyəsi ilə fərqli nəticələr ortaya qoymaqdadır.
Sumqayıt şəhərində düzənlənən tədbirdə dəyərli dostumuz, peşəkar jurnalist, şair Namiq Dəlidağlının "Otel otağından reportaj" kitabının təqdimatı oldu. Təqdimatı 1990-cı ldən Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı özünəməxsus xoş ovqat yaradan tərzi ilə idarə etdi. Müəllifin arzusuna uyğun hamıya söz demək, özünü qədərinə uyğun ifadə etmək imkanı yaradıldı. Bu da tədbirin həm yerli, həm də Bakıdan söz işığına gələn qonaq iştirakçıları xoş ovqata kökləmiş oldu.
Namiq Dəlidağlını ilk olaraq bir el aşığına bənzədirəm. Hansı ki, el-el, oba-oba gəzərək sözə, söhbətə tapınır. Klassik ənənələrə söykənərək ağrı-acılardan doyunca dadır və üzülüncə də:
"Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu
dolanırdı başımda"
-deyə danışıq dilinə yaxın, bər-bəzəksiz söhbətləşirmiş kimi düşüncələrini bölüşür. Özünəməxsus zərifliklə içindən qaynaqlanan hıçqırıqları nota köçürürmüş kimi yazır. Bu şairin özüdür:
"Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl-göyçəyi öldü,
Nə ağır yas düşdü dağlara, qardaş."
Bu təbiiliyin fonunda onun həm sevgi, həm də yurddaş etirafları yer alır. Artıq kimsədə günah görmür, günahkar olaraq özünü tapır, səbəbləri özündə axtarır:
"...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam."
Namiq Dəlidağlı imzasını daha çox başqalarından fərqli düşüncə tərzi ilə tanıdım. Yazı üslubu xətasız deyil. Lakin düşüncə və yaşam tərzi bir-birinə çox yaxın, çox doğmadır. O cümlədən "Vağzal gəraylısı" nın cızdığı tablosu üzücü olduğu qədər də düşündürür:
"Uzun ayrılıqlar vağzallardan başlayır...
Qatarların, təyyarələrin, ...
çiyinlərində daşınır şəhərlərə..."
Müəllifin vətən sevgisi, yurddaşlıq duyğuları daha çox ağrılı məqamları ilə yadda qalır. Özü də heç vaxt unutmayacağı və unuda bilməyəcəyi bir taleni yaşamağa məhkum kimidir:
"Qaçqın", "köçkün" -bu ad bizə bir yamaq,
yaman dərddi, belə adla yaşamaq!-deyə yenə çözümsüz görünən dərdləri xatırladır və bu tale ilə barışanları qınayır. Başqa bir şeirində:
Düşmən gülləsindən qaya çapılıb,
Həsrətdən dağların qaşı çatılıb.
Sınıq pəncərəli, sınıq qapılı
Allah, evimizin daşı üşüyür...-deyə elliklə yaşanılan faciələrin unutqanlıq nədənindən bəhs edir. Eyni zamanda dərdi-səri eyni olan yurd sevdalıları ilə bir araya gələrək dil açır. Kəlbəcər yanğısını Laçın ağrısına, Zəngəzur həsrətinə, Dərbənd və Təbriz niskilinə qataraq göynəyini qələmə alır:
... On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı: şirə çəkməyə, bal toplamağa
Bakıda mayasını yedi və ... -deyə burda sözün bitdiyi yer olduğunu xatırladır. Bənzətmə və təşbehləri yerli-yerində işlətmə məharəti ilə diqqət şəkir. O cümlədən Məmməd Aslanın xatirəsinə yazılan şeirdəki bənzətmə təbii olduğu qədər də gerçəkdir:
"...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək."
"Şəhər ağaclarına ağı" şeirində ətraf mühitin, təbiətin baxımsızlığı söz konusu olaraq canlı ifadələrlə yazıya köçür:
"...Ağaclar necə də yetimdi burda,
üstündən-başından köhnəlik yağır,
üzündən-gözündən köləlik yağır.
Baltalı adamlar cumur üstünə.
Xatalı adamlar cumur üstünə."
Kitabın adından da göründüyü kimi qaçqın, köçkün düşmüş yurddaşların yaralı istəklərinin, çözümsüz dərdlərinin xatirəyə dönüşü "Otel otağından reportaj" kimi təqdim olunur. Pənah gətirdiyi sığınacağı otel, özünü "qərib" sayan müəllifin bu kitabı ağrı-acılarla ovunmuş istehza, qınaq dolu söz qonaqlığıdır:
"Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində yuxular
görürəm hər gecə... "
O cümlədən "İstək 18+" başlığlı şeiri də fərqli düşüncənin məhsuludur. Hansı ki, vaxtında seçim imkanlarını düzgün dəyərləndirə bilməyən adamların yarımçıq qalmış istəklərinin faciəvi gerçəyindən bəhs olunur:
"Həyatında çılpaq qadın
görməmişdi İsmayıl kişi.
Özündən on-on beş yaş böyük arvadının
dörd arşınlıq tumanla
yanında yatdığını deyirdi..."
"Sənə yazılan şeir"ində də "18+" işarəsi ilə təsvir olunan səhnə:
"Bədəninin qoxusunu,
çəkdim başıma,
gecəni sərxoş elədim." -deyə xoş ovqat yaradaraq xatirələri vərəqləyir.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...-deyə əslində ürəyindən keçənləri, demək istədiklərini yazır. Sonra da ağrılı yaşamın gerçəyini dilə gətirərək:
"Burda sonuncu ölünü
Tanrı götürəcək yerdən."-deyə sayqısızlığa, unutqanlığa üsyan edir.
Namiq bəyin dilində sadəlik, səmimiyyət əsas amildir. El arasında əzizlənən qarğışlardan poeziyada belə ustalıqla iştifadə edilməsi diqqətimdən yayınmadı:
"Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparanmıram." və ya
"Yıxılsin sənin evin,
indi necədi keyfin?
Səni sevmədim: sevin,
qarıtdım, gözün aydın." və ya başqa şeirində:
"İndi görən hardasan,
ay yolları "bağlanmış".
Sənsiz ötdü bu payız,
Sənsiz keçməsin bu qış."
Dilimizin zənginliyi baxımından yanaşanda "Qabqarmaq" -qablaşdırmaq, qaba yığmaq və ya iç-içə yığmaq kimi anlaşılır. Bu ifadənin "Payız adam"da tapıntı kimi görünməsi xoşağələndir:
"Bu fəsil əynində köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə yol gedirsən.
Hələlik..."
Təbii ki, müəllifin peşəkar jurnalist yanaşması ilə, publisist taktikası şeirlərin ruhunu sarmışdır. Bununla belə, onun həqiqi dost, yurddaş və ziyalı baxışları şəxsiyyətinin sevilməsi üçün zəmin hazırlamış olur. Şeir yazmaq- sevmək, inanmaq və təbiətin bir hissəsi olaraq yaşamaq gerçəyidir. Sizlərə bəxtiyarlıq, hürr yaşam arzulayıram.
Akəm XAQAN, şair, tənqidçi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar