Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Səni axtarıram”da qalmaqal - Xalq artisti studiyanı tərk etdi

Tarix: 13-11-2019 22:47     Baxış: 386 A- / A+
“Səni axtarıram”da qalmaqal - Xalq artisti studiyanı tərk etdi

"Səni axtarıram"ın ekspertlərindən biri Əjdər Həmidov canlı efiri yarımçıq tərk edib.

Manevr.az xəbər verir ki, verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

Övladı üçün efirdə gözyaşı tökən qadına verilişin ekspertləri müxtəlif məsləhətlər veriblər. Xalq artisti Əjdər Həmidovun qadına "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" - deyib. Bu sözlər efirdə qalmaqala səbəb olub.

Aparıcı Xoşqədəm Hidayətqızı 66 yaşlı aktyora "Əjdər müəllim, siz kəlmənizlə övladlığa götürülənlərin qəlbini param-parça etdiniz" deyərək irad bildirib.

Aparıcının ardınca ekspert Kəmalə Ağazadə də Əjdər Həmidovun fikirlərinə "Bu verilişdə bioloji valideyinini axtarmağa gələn uşaq var. Çox ağır bir ittiham oldu" ifadələri ilə reaksiya verib.

Xalq artisti isə "Mən o qadına demək istəyirdim ki, bu zülmü çəkmə. O, onsuzda sənin doğma övladın deyil. Lazım deyildi də mənə hücum çəkmək" cavabını verdikdən sonra studiyanı əsəbi halda tərk edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar