Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kimdir yalan danışan? - Emil, atası, yoxsa reytinq üçün Zaur...

Tarix: 13-03-2019 17:36     Baxış: 3224 A- / A+
Kimdir yalan danışan? - Emil, atası, yoxsa reytinq üçün Zaur...

Müğənni Emil Rəhman "O səs Türkiyə" yarışmasına qatılması və ya qatılmaması ətrafında gedən mübahisələrə münasibət bildirib.
Manevr.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı qonaq olduğu "Hər şey daxil" verilişində açıqlama verərək günahları medianın üstünə atmağa, yalan yazıldığını iddia etməyə çalışıb.

Özünü Emilin sevgilisi kimi təqdim edən Sabrina adlı müğənni xanım məsələyə belə münasibət bildirib:

"Emilə mən təklif etdim ki, gedək "O səs Türkiyə"yə qatıl və İstanbulda da yaşayaq. Dostlarımızın dəstəyi ilə getdik, sağ olsunlar, sonra bizi yarıyolda qoydular. Biz İstanbulda olanda heç yarışmaya getməmişdik, piar var idi. Gülürdük ki, niyə soruşmadan yazırlar? Bir verilişdə reytinq olması üçün danışdılar. Özləri yalan danışıb, özləri Emili yalançı çıxardı".

E.Rəhman "O səs Türkiyə"dən uzaqlaşdırılmasının əsl səbəbini açıqlayıb:

"Oktyabrın 8-də ad günümüzü keçirdik, 12-15 gün sonra getdik İstanbula və 1 ay orada qaldıq. Hələ mən yarışmaya getməmişdim, heç yaxınlaşmamışdım, evdəkilər dedi ki, sənin haqda saytlar yazır: guya, Emil çıxıb oxuyub, Hadisə ağlayıb.

Bizə orada dəstək olan insanlar yarışma ilə aramı vurdular. Deyiblər ki, narkotik aludəçisidir, sizi yarımçıq qoyacaq, gəlməyəcək, belədir. Onlarda mənə yaxşılıq etdilər ki, biz deməyək əsas məqsəd nədir. Narkomanlıq adı çıxmasın, sən özün denən ki, belə hadisə oldu".

"Emil 4 münsif olan mərhələyə çıxmayıb. Onlara qədər olan mərhələyə çıxıb. Hər müğənninin komandası olur, onlar yazır. Bunu araşdırın, sonra yazın" deyərək, proqramın aparıcısı, prodüser Tarix Əliyev (Tolik) bildirib.

Tolik daha sonra Emilin narkotik maddə istifadəçisi olduğu üçün yarışmadan çıxarıldığını açıqlayıb.

Xatırladaq ki, Emilin "O səs Türkiyə" yarışmasına gedib, oxuması ilə dörd münsifi ayağa qaldırması, münsiflərin ağlaması xəbərini Emilin atası, əməkdar artist Rəhman Rəhmanov Zaur Baxşəliyevin "Bizimləsən" verilişində deyib. Daha sonra isə ata və oğul ARB kanalında efirə gedən "Səhər-səhər" proqramında eyni sözləri danışıb. Sonra isə Emil müsabiqədən uzaqlaşdırılması səbəbi kimi proqramlarda verdiyi açıqlamanı göstərib. O, "Açıqlama verərək qaydaları pozdum və uzaqlaşdırıldım" sözlərini demişdi. Bu gün isə Emil açıqlamanı atasının canlı yayımda verdiyini unudaraq, hər şeyi medianın üstünə atmağa çalışıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar