Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sığorta şirkətlərini ağır günlər gözləyir - Ekspert

Tarix: 11-04-2020 06:06     Baxış: 3124 A- / A+
Sığorta şirkətlərini ağır günlər gözləyir

Xəbər verildiyi kimi Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə nəqliyyat vsitələrinin texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanması karantin müddətində dayandırılıb.

Məsələ ilə bağlı açıqlama verən sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib ki, sığorta şirkətlərini ağır günlər gözləyir.
Sığorta şirkətlərini ağır günlər gözləyir

İlkin İbrahimov

“Dövlət Yol Polisinin “sığorta radarlarını” söndürməsi sosial dövlətdə vətəndaşa edilən qayğıdır. Yəni dövlət fikirləşir ki, çölə çıxmaq qadağandırsa, deməli sığortanı etməməyə görə qadağa da aradan qalxmalıdır. Lakin burada tək cərimələnmə mexanizmindən söhbət gedir. Yenə də vətəndaşlar sığorta şirkətlərindən bugünkü qaydalara uyğun olaraq yəni evdən çıxmadan online sığortalanmalarını edə bilərlər. Bu gün sığorta şirkətlərinin saytlarında, sığorta brokerlərinin saytlarında və digər yerlərdə qoyulmuş terminallardan vətəndaşlar öz sığortalarını edə bilərlər.

Maraqlı məqam ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı yaranan ajiotajdakı kimi İcbari Sığorta Bürosu gözləmə mövqeyi tutub. Sanki gözləyir və baxır ki, bu iş hansı məcraya yönələcək mən ən sonda danışım. Hesab edirəm ki, hazırda bu mövzuda ilk danışmalı olan qurum İcbari Sığorta Bürosu olmalıdır. Çünki söhbət məhz onların xidmətinin dayandırılıb-dayandırılmamasından gedir. Lakin hesab edirəm ki, bu xidmət dayandırılmayacaq. Çünki vətəndaşların bu vəziyyətində qəzalar zamanı həm mübahisələrin artması, həm də zərərvuranın əlavə ödənişə düşməsi arzuolunmazdır”.,- deyə sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib. bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar