Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu

Tarix: 01-02-2020 20:02     Baxış: 4196 A- / A+
Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu


Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub.


Manevr.az-ın məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər çərçivəsində Hacıqabul rayonu Meyniman kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ağayev Mənsur Balayar oğlu və Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini, 1979-cu il təvəllüdlü Heydərov Davud Əvəzxan oğlu saxlanılıb.

Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və onların üzərində aşkarlanan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilib.

Məlum olub ki, M.Ağayevə narkotik vasitəni Sabirabad rayonunun Qarağac kənd sakini, 1975-ci il təvəllüdlü Mahmudov Xanverdi Fərzulla oğlu satıb. Sonuncunun da üzərinə baxış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

İstintaq zamanı məlum olub ki, X.Mahmudov narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Şirvan Su Kanal İdarəsinin satış üzrə mühəndisi Tapdıqov Elvin Raiz oğlundan alıb.

Hazırda cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir.

Faktla bağlı cinayəti işi başlanıb./unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar