Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir - Rusiyalı politoloq

Tarix: 21-05-2020 20:12     Baxış: 3235 A- / A+
Rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir - Rusiyalı politoloq

"Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür".

Manevr.az xəbər verir ki, bunu "PolitRus" portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir:

"Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistanın daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm iki tərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyllidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir".

Rusiyalı politoloq Azərbaycan ordusunun keçirdiyi hərbi təlimləri də şərh edib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək hüququna malikdir:

"Əgər bu, beynəlxalq hüquq-normalarına zidd deyilsə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək üçün tam suveren hüquqlara malikdir. Mayın 18-dən başlayan hərbi təlimlər də heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Ermənistanın işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlər keçirməsi isə beynəlxalq hüquq-normalarının kobud surətdə pozulmasıdır. Bununla təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar də məşğul olmalıdırlar"(apa).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar